Agro Food İnvestments

Kiçik auditor

  • Agro Food İnvestments
  • Çinar plaza, 11ci mərtəbə, 152 Heydər Əliyev Prospekti, Bakı 1029, Azərbaycan
  • Tam ştat

27-02-2024

687

Təsvir

Təsdiq olunmuş audit prosedurlarına uyğun olaraq, yüksək keyfiyyətli xidmət səviyyəsini qoruyaraq audit prosesini həyata keçirmək;

Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirmək;

Əsaslı analitik prosedurları həyata keçirmək və rəhbərliyə məruzə etmək;

Daxili nəzarət tərtibinin uyğunluğu barədə rəy bildirmək;

Təyin olunmuş sahədə audit yoxlamasını həyata keçirərək, risk səviyyəsini və hesabatda qeyd olunmalı olan məqamları aşkarlamaq;

Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsini müəyyən etmək;

Aşkarlanmış çatışmazlıqlar barədə şifahi olaraq rəhbərliyə məlumat vermək və müvafiq sənədləşmə prosesini həyata keçirmək.

Tələblər

Universitet (ali təhsil) dərəcəsi (Maliyyə, Mühasibat, Audit və ya digər əlaqəli sahələr);

Müvafiq vəzifədə (kənd təsərrüfatı sahəsində üstünlükdür) 1-2 il iş təcrübəsi (daxili auditor, xarici auditor kimi və s.) arzu olunandır;

Beynəlxalq Maliyyə Uçotu Standartları barədə, yerli vergi və maliyyə uçotu sahəsində minimal biliklərin olması – CIA, ACCA (xüsusilə, “MA” və “FA”) sertifikatları olan namizədlərə üstünlük verilir;

Audit prosedurlarını başa düşmək və tətbiq etmək bacarığı;

Şirkət daxilində biznes prosesləri (satınalma, maliyyə, ticarət, istehsal və s. kimi) dərindən başa düşmək;

Məntiqi düşüncə, riyazi və analitik düşüncə tərzi;

Təzyiq altında işləmək və hədəf qoyulmuş tarixlərə qədər işi yerinə yetirmək bacarıqları;

Müstəqil və komandanın bir hissəsi kimi işləmək bacarığı;

Güclü şifahi və yazılı ünsiyyət bacarıqları;

Kompüter bilikləri: 1C, Microsoft Office: xüsusən “Word”, “Excel” və “PowerPoint” proqramları.

Vakansiya haqqında

Son tarix

may 30, 2024

Paylaşılıb

fevral 27, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma
  • Peşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalar
  • ACCA sertifikatları
  • Nahar təminatı
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar