Təsvir
- Aşpazın təlimatına uyğun xammal və yarımfabrikatları yemək hazırlığı üçün hazırlamaq;
- Yeməklərin hazırlanmasında iştirak etmək və işçi heyətinə normaya uyğun təqdim etmək;
- Menyuya uyğun olaraq yeməkləri, salat, turşu və digər məmulatları hazırlamaq;
- Mətbəxi və yemək otaqlarını təmizləmək və təmiz saxlamaq;
- Mətbəxə qəbul edilən xammal və ərzağı çeşidləmək və düzgün istifadə etmək;
- Mətbəx avadanlıqları və qurğularından düzgün istifadə etmək və onlara mütəmadi qulluğu göstərmək;
- Ət məhsullarının emal edilməsində Aşpaza yardım etmək;
- Sanitariya qaydalarına riayət etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyenik qaydalara və yanğından mühafizə tələblərinə riayət etmək.
Tələblər
- İaşə və ya mətbəx sahəsində azı 1 il iş təcrübəsi;
- Milli yeməklərin hazırlanması prosesi barədə əsas biliklərə malik olmaq;
- Sanitar-gigiyenik normalar və qida təhlükəsizliyi qaydaları barədə məlumatlı olmaq;
- Məsuliyyətli, səliqəli və nizam-intizamlı olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Fiziki dözümlülük və dinamik iş rejiminə uyğunlaşmaq bacarığı;
- Xudat və ya yaxın ərazilərdən olan namizədlərə üstünlük veriləckdir.
Vakansiya haqqında
Paylaşılıb
oktyabr 29, 2025
Kateqoriya
Digərİmtiyazlar
- Nəqliyyat servisi
- Gündəlik qidalanma