Bütün heyvan qrupları üzrə heyvanların sağlamlığına cavabdehlik daşımaq;
İllik epzootik tədbirlər planının hazırlanması və planın yerinə yetirilməsini təmin etmək;
Baytarlıq bölməsində dərman vasitələrini həcmini və tərkibini müəyyən etmək, alınması üçün öncədən sifarişləri etmək;
Vaksinasiya proqramlarının icra olunmasına nəzarət etmək;
Heyvandarlıq şöbəsində müalicə, müayinə, profilaktik proqramları işləyib hazırlamaq və həmin proqram əsasında tədbirləri həyata keçirmək;
Dırnaq baxımı, dırnaq vannaları proqramlarının hazırlanması və icrasının təmin etmək;
Ölüm hallarının dəqiq araşdırılması üçün patoloji materialları laboratoriya yoxlanışına göndərmək;
Bölmədə gündəlik baş verən düyə doğuşlarını, ölümləri, bala atmaları, düyə satışları və digər çıxdaşları aktlaşdırıb Maliyyə bölməsinə təqdim etmək, 1C proqramına məlumatları daxil etmək;
Heyvan ölümlərinin səbəbini müəyyənləşdirmək, lazım gəldikdə patoloji yarmalar aparmaq və nəticələr barədə rəhbərliyə hesabat vermək;
İllik sürü dövriyyəsi və vaksinasiya proqramlarının yerinə yetirilməsinə dair sənədlərin işlənib dövlət qurumlarına təqdim edilməsini təmin etmək.
Tələblər
Ali təhsil (Baytarlıq ixtisası üzrə);
Baytarlıq sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis);
Microsoft Office və 1C proqramları üzrə biliklərin olması;
Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı;