Bölmə rəhbəri və Baytar həkimin tapşırığı ilə heyvandarlıqda baytarlıq tədbirləri aparılmasını təmin edir
Baytar həkimin təyinatı üzrə xəstə heyvanların müalicəsində profilaktik tədbirləri icra edir;
Hevanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri icra edir;
Xəstə heyvanların ümumi sürüdən ayrılmasını təmin edir;
Təsərrüfatda mövcud heyvanların vəziyyətini nəzarətdə saxlayır və problemlər barədə bölmə rəhbəri və baytar həkimə məlumat verir;
Doğuş prosesində iştirak edən baytar feldşer doğuşu qəbul edir, ehtiyac olduqda kömək üçün çətin doğuşlarda baytar həkimi doğuşa çağırır;
Doğulmuş balaya ilkin qulluq və baytarlıq müdaxilə işlərini icra edir;
Heyvana doğuşdan sonra baytarlıq tədbirlərini icra edir, yeni doğmuş heyvanların sağılması və ümumi vəziyyətini nəzarətdə saxlayır və müvafiq jurnallarda qeydlər aparır;
Baytar həkimlərin işə müvafiq digər tələblərini və tapşırıqlarını yerinə yetirir;
İcra etdiyi işlər üzrə baytarlıq qeydiyyat jurnallarında qeydlər aparır və tabe olduğu bölmə rəhbərini məlumatlandırır;
Tələbata uyğun dərman və ləvazimatları qəbul edir, istifadə edir və müvafiq olaraq uçotunu aparır;
İşlənmiş dərmanların boş qutularını silinmə üçün anbara geri təhvil verir;
Vaksinasiya prosesində verilmiş təlimata uyğun olaraq prosesi icra edir;
İş ərazisində sanitar və gigiyenik qaydalara riayət edir, ərazinin təmiz saxlanılmasına məsuldur.
Tələblər
Baytarlıq sahəsində orta ixtisas və ya ali təhsil (üstünlük verilir).
Baytar köməkçisi vəzifəsində minimum 6 ay iş təcrübəsi.
Səliqəli, dəqiq və məsuliyyətli olmaq.
Komanda ilə işləmək bacarığı.
Heyvan anatomiyası bilikləri.
Gigiyena və sanitar qaydalara riayət etmə bacarığı.