Yalama Agropark LLC

Baytar feldşer (Ağsu)

Bu gün

19

Təsvir

  • Bölmə rəhbəri və Baytar həkimin tapşırığı ilə heyvandarlıqda baytarlıq tədbirləri aparılmasını təmin edir 
  • Baytar həkimin təyinatı üzrə xəstə heyvanların müalicəsində profilaktik tədbirləri icra edir;
  • Hevanlar saxlanılan bina və tikililərdə dezinfeksiya və başqa tədbirləri icra edir;
  • Xəstə heyvanların ümumi sürüdən ayrılmasını təmin edir;
  • Təsərrüfatda mövcud heyvanların vəziyyətini nəzarətdə saxlayır və problemlər barədə bölmə rəhbəri və baytar həkimə məlumat verir;
  • Doğuş prosesində iştirak edən baytar feldşer doğuşu qəbul edir, ehtiyac olduqda kömək üçün çətin doğuşlarda baytar həkimi doğuşa çağırır;
  • Doğulmuş balaya ilkin qulluq və baytarlıq müdaxilə işlərini icra edir;
  • Heyvana doğuşdan sonra baytarlıq tədbirlərini icra edir, yeni doğmuş heyvanların sağılması və ümumi vəziyyətini nəzarətdə saxlayır və müvafiq jurnallarda qeydlər aparır;
  • Baytar həkimlərin işə müvafiq digər tələblərini və tapşırıqlarını yerinə yetirir;
  • İcra etdiyi işlər üzrə baytarlıq qeydiyyat jurnallarında qeydlər aparır və tabe olduğu bölmə rəhbərini məlumatlandırır;
  • Tələbata uyğun dərman və ləvazimatları qəbul edir, istifadə edir və müvafiq olaraq uçotunu aparır;
  • İşlənmiş dərmanların boş qutularını silinmə üçün anbara geri təhvil verir;
  • Vaksinasiya prosesində verilmiş təlimata uyğun olaraq prosesi icra edir;
  • İş ərazisində sanitar və gigiyenik qaydalara riayət edir, ərazinin təmiz saxlanılmasına məsuldur.

Tələblər


  • Baytarlıq sahəsində orta ixtisas və ya ali təhsil (üstünlük verilir).
  • Baytar köməkçisi vəzifəsində minimum 6 ay iş təcrübəsi.
  • Səliqəli, dəqiq və məsuliyyətli olmaq.
  • Komanda ilə işləmək bacarığı.
  • Heyvan anatomiyası bilikləri.
  • Gigiyena və sanitar qaydalara riayət etmə bacarığı.

Vakansiya haqqında

Son tarix

February 26, 2026

Paylaşılıb

fevral 6, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1 ilədək

Vəzifə dərəcəsi

Digər

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı

İmtiyazlar

  • Servislə təmin olunur
  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük