Yalama Agropark LLC

Baytarlıq üzrə menecer

24-11-2025

200

Təsvir

  • Klaster üzrə heyvan sağlamlığı strategiyasının və illik baytarlıq planının hazırlanması;
  • Heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsinə nəzarət edilməsi;
  • Ferma baytarları tərəfindən həyata keçirilən prosedurların düzgün icrasının təmin edilməsi;
  • Xəstəlik və ölüm hallarının səbəblərinin araşdırılması və tədbirlər planının hazırlanması;
  • İllik və dövri vaksinasiya planlarının tərtib edilməsi və icrasına nəzarət edilməsi;
  • Vaksinlərin, dərman preparatlarının və bioloji vasitələrin qəbul, saxlanma və istifadə qaydalarına nəzarət edilməsi;
  • Süd və digər heyvan mənşəli məhsulların sağlamlıq göstəricilərinə nəzarət edilməsi;
  • Laborator analizlərin təşkilinin və nəticələrinin qiymətləndirilməsinin təmin edilməsi;
  • Heyvanların saxlanma, qidalanma və daşınma şəraitinin beynəlxalq rifah standartlarına uyğunluğunun nəzarətdə saxlanılması;
  • Fermanın əməkdaşlarına rifah və etik qaydalar üzrə maarifləndirici təlimlər keçirilməsi;
  • Tabeçiliyində olan baytarların fəaliyyətinin koordinasiya edilməsi və performansının qiymətləndirilməsi;
  • Baytarlıq şöbəsində hesabat sisteminin və məlumat axınının təşkilinin təmin edilməsi;
  • Yeni metodlar, preparatlar və müalicə protokollarının tətbiqinin təşviq edilməsi;
  • Xəstəlik hallarına, müalicə nəticələrinə və peyvəndləmə göstəricilərinə dair aylıq və rüblük hesabatların tərtib edilməsi;
  • Baytarlıq xərclərinin və dərman istifadəsinin təhlilinin aparılması;
  • Rəhbərliyə mütəmadi analitik arayışlar və təkliflərin təqdim edilməsi.


Tələblər

  • Baytarlıq sahəsi üzrə ali təhsil;
  • Kənd təsərrüfatı, iri və ya xırdabuynuzlu heyvan təsərrüfatlarında 5 il iş təcrübəsi;
  • Heyvanlarda ən çox rast gəlinən xəstəliklər, müalicə protokolları və profilaktik tədbirlər üzrə yüksək biliklər;
  • Heyvan rifahı, etik davranış və beynəlxalq rifah standartları haqqında məlumatlılıq;
  • Fermanın baytarlıq proseslərinin planlaşdırılması, təşkili və monitorinqi bacarığı;
  • Risklərin qiymətləndirilməsi və strateji qərarvermə bacarığı;
  • 1C ERP sistemindən və MS Office proqramlarından istifadə etmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, dəqiqlik və diqqətlilik;
  • Effektiv ünsiyyət, komandanı idarə etmək və prosesləri koordinasiya etmək bacarığı.

Vakansiya haqqında

Son tarix

November 30, 2025

Paylaşılıb

noyabr 24, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı