Traktorlara aqreqatları düzgün qoşmaq və nizamlamaq;
Aqronomun göstərişinə əsasən hava şəraitinə uyğun olaraq traktor və traktora qoşulmuş aqreqatlarla aqrotexniki işləri vaxtında və düzgün yerinə yetirmək;
Daşınan yükün yüklənməsinə, bərkidilməsinə və boşaldılmasına nəzarət etmək;
Traktorun və yedəkli qurğuların yağlanması, həmçinin digər texniki qulluq işlərini icra etmək;
İşlədiyi traktor və kənd təsərrüfatı maşınlarında sadə nasazlıqları sərbəst müəyyən etmək və aradan qaldırmaq;
İşində traktor və kənd təsərrüfatı maşınların istismarına dair təlimatların tələblərinə riayət etmək;
Yerinə yetirilmiş işlərin həcmi və istifadə edilmiş yanacaq-sürtgü materiallarının uçotu üçün ona verilmiş sənədlərdə qeydlər aparmaq;
Yanacaq, sürtgü yağları və digər istismar materiallarını qənaətlə sərf etmək.
Tələblər
Mexanizator sahəsində 1 il iş təcrübəsi;
Sürücülük vəsiqəsi - T, TT, TK, H (HT, HK kateqoriyası arzuolunandır);
Texniki qulluq və təmir bilikləri;
Texniki idarəetmə bacarıqları;
Yanacaq, yağlama materialları və onların istifadəsi barədə anlayışı olmalı;
Komanda ilə və ya tək işləməyi bacarmalı;
Məsuliyyətli, diqqətli və intizamlı olmalıdır;
Xudat və ya yaxın ərazilərdən olan namizədlərə üstünlük veriləcəkdir.