Təsərrüfatda istifadə olunan kənd təsərrüfatı texnikalarını, o cümlədən MTZ 1221, MTZ 89, MTZ 82, New Holland T7060 və Massey Ferguson markalı traktorları idarə etmək;
Müasir səpin, torpağın hazırlanması və becərilməsi aqreqatları, həmçinin dərman çiləyiciləri ilə işləmək;
Aqrotexniki tələblərə uyğun olaraq sahə işlərini düzgün və keyfiyyətlə yerinə yetirmək;
Texnikanın gündəlik texniki vəziyyətinə nəzarət etmək və aşkar olunan nasazlıqlar barədə vaxtında məlumat vermək;
Texnika və aqreqatların düzgün istismarını və təhlükəsiz istifadəsini təmin etmək;
Verilmiş gündəlik və mövsümi tapşırıqları müəyyən edilmiş müddətdə və keyfiyyətlə yerinə yetirmək;
İş zamanı əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək;
Yanacaq, sürtkü materialları və digər resurslardan səmərəli istifadə etmək;
Texnikanın iş saatları, görülmüş işlər və yanacaq sərfiyyatı barədə tələb olunan məlumatları vaxtında təqdim etmək;
Texnikanın işə başlamazdan əvvəl və iş başa çatdıqdan sonra yoxlanılmasını həyata keçirmək;
Sahədə texnikanın düzgün və təhlükəsiz istismarını təmin etmək;
Mövsümi və intensiv kənd təsərrüfatı işləri zamanı müəyyən edilmiş iş qrafikinə uyğun çalışmaq.
Tələblər
Müvafiq kənd təsərrüfatı texnikaları üzrə iş təcrübəsinin olması;
MTZ 1221, MTZ 89, MTZ 82, New Holland T7060 və Massey Ferguson markalı traktorları idarə etmək və onlarla işləmək bacarığı;
Müasir səpin aqreqatları, torpağın becərilməsi və hazırlanması üçün aqreqatlar, həmçinin dərman çiləyiciləri ilə işləmək bacarığı;
Kənd təsərrüfatı texnikalarının düzgün istismarı və aqrotexniki tələblərə uyğun işlərin yerinə yetirilməsi üzrə praktiki biliklər;
Texnikanın gündəlik texniki vəziyyətinə nəzarət etmək, yaranan nasazlıqlar barədə vaxtında məlumat vermək;
Aqrotexniki işlərin düzgün, keyfiyyətli və təlimatlara uyğun yerinə yetirilməsi;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək;
Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
Mövsümi və intensiv iş rejimində işləməyə hazır olmaq;
Kənd təsərrüfatı sahələrində işləməyə hazır olmaq;
Sürücülük vəsiqəsinin T, TK, TT, H kateqoriyalarının olması vacibdir;
HT və HK kateqoriyalarının olması arzuolunandır.
Vakansiya haqqında
Son tarix
September 26, 2026
Paylaşılıb
sentyabr 2, 2026
Vakansiya növü
Tam ştat
Vəzifə dərəcəsi
Digər
Kateqoriya
Sənaye və Kənd Təsərrüfatı
İmtiyazlar
Könüllü tibbi sığorta
Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı