Yalama Agropark LLC
Ana səhifə
/
/
/
Təchizat üzrə mütəxəssis (Qəbələ)

Təchizat üzrə mütəxəssis (Qəbələ)

Bu gün

59

Təsvir

  • Təchizat proseslərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq;
  • Mal-materiallarin alınmasını planlaşdırmaq və icra etmək;
  • Təchizatçılarla mütəmadi əlaqələrin saxlanılması və əlaqələrin gücləndirilməsi istiqamətində işləri icra etmək;
  • Təchizat üzrə xərclərin planlaşdırmaq və idarə etmək;
  • Təchizat xərclərini izləmək və hesabatlarını hazırlamaq;
  • Alınan xammal və materialların keyfiyyət standartlarına uyğunluğunu təmin etmək;
  • Keyfiyyət problemlərinin həlli üçün müvafiq tədbirlər görmək;
  • İstehsalat üçün tələb olunan materialların vaxtında təmin edilməsini təşkil etmək;
  • Təchizat bazarını araşdırmaq, yeni tədarükçüləri tapmaq və qiymət dəyişikliklərini izləmək;
  • Verilən sifarişlər əsasında mal-materialların texniki göstəricilərini dəqiqləşdirərək siyahılarını hazırlamaq və alınmasını təşkil etmək;
  • Malların gətirilmə müddətini müəyyən etmək və onun müqabilində nəqliyyat sifariş vermək;
  • Alınan mal-materialların mədaxil üzrə alınmasını və buraxılmasını qeyd etmək;
  • Müvafiq bazar məlumatlarını rəhbərliyə təqdim etmək;
  • Alış müqavilələrinin, təchizat sənədlərinin və digər müvafiq sənədlərin düzgün tərtib edilməsini təmin etmək;
  • Təchizat fəaliyyəti ilə bağlı hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Müvafiq sənəd dövriyyəsinin və arxiv işlərinin aparılmasını təmin etmək.

Tələblər

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, texniki sahələr üzrə);
  • Təchizat və satınalma sahəsində ən azı 1 illik iş təcrübəsi;
  • MS Office, xüsusi ilə Excel və 1C proqramları üzrə biliklər;
  • Təchizat proqramları və ERP sistemlərində işləmək bacarığı;
  • Satınalma prosedurlarını, tender qaydalarını və müvafiq qanunvericiliyi bilmək;
  • Danışıqlar aparmaq, qiymət təhlili və müqavilə şərtlərini dəyərləndirmək bacarığı;
  • Komanda ilə işləmək və ünsiyyət bacarıqları;
  • Xarici dil bilikləri (rus dili-orta, ingilis dili - arzuolunandır).


Vakansiya haqqında

Son tarix

October 30, 2025

Paylaşılıb

oktyabr 14, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Yaşayış yeri və gündəlik qidalanma
  • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
  • Könüllü tibbi sığorta