- Heyvanların düzgün bəslənməsi və yemlənməsi prosesinə nəzarət etmək
- Yem paylayan maşının iş qrafikinə, yemlərin düzgün paylanması və düzgün hazırlanmasına nəzarət etmək
- Ot anbarı və silos quyularına gündəlik nəzarət etmək, qəbul olunan ot və silosun keyfiyyətinə nəzarət etmək
- Təyin olunmuş heyvanların qruplaşmasını həyata keçirmək
- Gündəlik yem rasionunu qrupda olan heyvanlara uyğun olaraq hazırlamaq, yemin keyfiyyətinə və strukturuna nəzarət etmək
- Yem və sürü məlumatlarını toplamaq və hesabat şəklində rəhbərliyə təqdim etmək
- Gündəlik olaraq işçi heyyətinin vəzifə təlimatlarına uyğun hərəkət qrafikini nəzarətdə saxlamaq
- Heyvan satışına nəzarət etmək
- Baytarlıq şöbəsi ilə əlaqəli şəkildə işləmək, onlardan alınan hesabatlar əsasında işi təşkil etmək və həmin
işləri rəhbərliyə hesabat şəklində təqdim etmək
- Sürünün sağlam , düzgün idarə olunmasını təşkil etmək
- Tövlədaxili avadanlıqların və qurğuların sazlığına müntəzəm əmin olmaq və texniki qulluğunu təşkil
edilməsini nəzarətdə saxlamaq
- Daimi olaraq zootexniki hesabatlar hazırlamaq və yeniliklər barədə rəhbərliyə təqdimatların verilməsi.
- Tabeçiliyində olan işçi heyətinin davamiyyətinin nəzarətə saxlanmaq
- Yemləmə proqramı (digitale-generale) əsasında gündəlik yemləməni təşkil etmək, proqramdan alınan
hesabatlar əsasında yemləmədə və qruplaşmada dəyişikliklər etmək