Anbar təsərrüfatının effektiv idarə olunması, material və məhsulların qəbuluna, saxlanılmasına, hərəkətinə və uçotuna nəzarətin həyata keçirilməsi, eləcə də anbar daxilində təhlükəsizlik və mühafizə qaydalarının təmin edilməsi.
Vəzifə öhdəlikləri
- Anbar qalıqlarının gündəlik, həftəlik və aylıq nəzarətinin həyata keçirilməsi;
- Anbarlarda saxlanma şəraiti, təmizlik və təhlükəsizlik qaydalarına nəzarət edilməsi;
- Məhsulların anbara mədaxil və məxaric prosesinin düzgün uçotunun aparılması;
- Yükləmə-boşaltma işlərinin təhlükəsizlik qaydalarına uyğun təşkilinə nəzarət;
- Anbar inventarizasiyası prosesində iştirak edilməsi;
- İdxal olunan məhsulların sistem üzərindən uçotunun aparılması və aidiyyəti şöbələrin məlumatlandırılması;
- Maliyyə Departamenti ilə koordinasiyalı şəkildə anbar sənədlərinin və hesabatların təqdim edilməsi;
- Mədaxil-məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsi və hesabatların hazırlanması;
- Anbar üçün tələb olunan ləvazimatların vaxtında rəhbərliyə bildirilməsi;
- ERP, 1C və digər daxili proqramlarda məlumatların işlənməsi və uçotun aparılması;
- İş prosesində təhlükəsizlik, operativlik və məsuliyyət prinsiplərinə riayət edilməsi.
İş şəraiti
- İş rejimi: 6 günlük iş həftəsi;
- İş yeri: Gəncə şəhəri