Agrotrade Supply MMC

Anbardar

Bu gün

11

Təsvir

Anbar təsərrüfatının effektiv idarə olunması, material və məhsulların qəbuluna, saxlanılmasına, hərəkətinə və uçotuna nəzarətin həyata keçirilməsi, eləcə də anbar daxilində təhlükəsizlik və mühafizə qaydalarının təmin edilməsi.


Vəzifə öhdəlikləri


  • Anbar qalıqlarının gündəlik, həftəlik və aylıq nəzarətinin həyata keçirilməsi;
  • Anbarlarda saxlanma şəraiti, təmizlik və təhlükəsizlik qaydalarına nəzarət edilməsi;
  • Məhsulların anbara mədaxil və məxaric prosesinin düzgün uçotunun aparılması;
  • Yükləmə-boşaltma işlərinin təhlükəsizlik qaydalarına uyğun təşkilinə nəzarət;
  • Anbar inventarizasiyası prosesində iştirak edilməsi;
  • İdxal olunan məhsulların sistem üzərindən uçotunun aparılması və aidiyyəti şöbələrin məlumatlandırılması;
  • Maliyyə Departamenti ilə koordinasiyalı şəkildə anbar sənədlərinin və hesabatların təqdim edilməsi;
  • Mədaxil-məxaric sənədlərinin düzgün rəsmiləşdirilməsi və hesabatların hazırlanması;
  • Anbar üçün tələb olunan ləvazimatların vaxtında rəhbərliyə bildirilməsi;
  • ERP, 1C və digər daxili proqramlarda məlumatların işlənməsi və uçotun aparılması;
  • İş prosesində təhlükəsizlik, operativlik və məsuliyyət prinsiplərinə riayət edilməsi.


İş şəraiti


  • İş rejimi: 6 günlük iş həftəsi;
  • İş yeri: Gəncə şəhəri


Tələblər

  • Ali və ya orta ixtisas təhsili;
  • Anbardar və ya oxşar vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
  • Anbar uçotu və sənədləşmə prosesləri üzrə biliklər;
  • ERP, 1C və MS Office proqramlarında işləmə bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək və ünsiyyət bacarığı;



Vakansiya haqqında

Son tarix

June 15, 2026

Paylaşılıb

may 15, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat

İmtiyazlar

  • Pasha insurance
  • Pasha Loyalty program "Dəyərlisən"
  • Mobile Number