Vəzifə Öhdəlikləri:
Monitorinq və Diaqnostika:
- Təsərrüfatlarda heyvanların sağlamlıq vəziyyətini qiymətləndirmək və mütəmadi monitorinqlər aparmaq.
- Heyvanlarda xəstəliklərin ilkin əlamətlərini müəyyən etmək, xəstəlik və tələfat hallarının səbəblərinin araşdırılmasında iştirak etmək.
- Təsərrüfatlarda yaranan baytarlıq problemlərinin operativ şəkildə qiymətləndirilməsi və həlli üçün lazımi tədbirlər görmək.
- Zəruri hallarda laborator müayinələr üçün nümunələrin götürülməsini və müvafiq araşdırmaların aparılmasını təşkil etmək.
Müalicə, Profilaktika və Yemləməyə Nəzarət:
- Heyvandarlıq təsərrüfatlarına baytarlıq məsələləri üzrə metodiki və praktiki dəstək göstərmək.
- Profilaktik tədbirlərin, vaksinasiya və müalicə proseslərinin düzgün aparılmasına dair tövsiyələr vermək.
- Heyvanların yemlənməsi, rasionu və yem keyfiyyəti ilə bağlı baytarlıq baxımından rəy və tövsiyələr hazırlamaq.
- İstifadə olunan yemlərin heyvanların sağlamlığına və məhsuldarlığına təsirini müşahidə etmək, nəticələri şirkətə təqdim etmək, şirkət məhsullarının effektiv istifadəsinə dəstək göstərmək.
- Heyvanların saxlanma şəraiti, gigiyena və bio-təhlükəsizlik qaydalarına riayət olunmasına dair təlimatlandırma aparmaq.
Hesabatlılıq və Ünsiyyət:
- Təsərrüfat sahibləri və məsul şəxslərlə mütəmadi əlaqə saxlamaq, baytarlıq məsələləri üzrə məsləhətləşmələr aparmaq.
- Təsərrüfatlarda aşkar edilmiş problemlər və görülmüş tədbirlər barədə rəhbərliyə mütəmadi hesabatlar hazırlamaq.
- Rəhbərliyin tapşırığına uyğun olaraq digər baytarlıq və heyvandarlıqla bağlı işləri yerinə yetirmək.
Namizədə dair Tələblər:
- Təhsil: Baytarlıq və ya oxşar ixtisas üzrə ali təhsil.
- Təcrübə: Heyvandarlıq sahəsində, xüsusilə iribuynuzlu mal-qara ilə iş üzrə 3-5 il praktiki təcrübə.
- Peşəkar Biliklər:
- Heyvan xəstəliklərinin diaqnostikası, profilaktikası və müalicəsi üzrə dərin biliklər.
- Heyvanların yemlənməsi və rasionlarının qiymətləndirilməsi barədə məlumatlılıq.
- Baytarlıq preparatları, vaksinlərlə işləmə bacarığı, sanitar-gigiyenik və bio-təhlükəsizlik tələbləri üzrə biliklər.
- Texniki və Digər Tələblər: "B" kateqoriyalı sürücülük vəsiqəsi (aktiv sürücülük təcrübəsi) və MS Office proqramlarından istifadə bacarığı.
- Şəxsi Keyfiyyətlər: Təsərrüfatlara səfər etməyə (ezamiyyətlərə) və sahədə işləməyə hazır olmaq, operativ qərarvermə, problem həll etmə, güclü ünsiyyət və komandada işləmək bacarığı.