İşin təsviri: Fəaliyyət göstərən müəssisələrə, onların struktur bölmələrinin işinə və fəaliyyətinə nəzarət edir.
- Müəssisəyə rəhbərlik edir, onun siyasət və planını müəyyənləşdirir və formalaşdırır, müəssisənin ümumi fəaliyyətini istiqamətləndirir və əlaqələndirir;
- Müəssisəni digər müəssisələrlə (dövlət orqanları da daxil olmaqla) müqavilə bağlanmasında təmsil edir;
- Müəssisənin idarəçilik fəaliyyətlərinə və qərarlarına dair dəqiq qeydlər aparır;
- Müəssisənin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin edir;
- Müəssisənin ticarət sirrinin saxlanılmasına riayət olunmasını, habelə müəyyən olunmuş qaydada və vəzifə səlahiyyətlərinə uyğun olaraq ticarət sirrinin qorunması ilə bağlı tədbirlərin həyata keçirilməsinə nəzarət edir;
- Müəssisə tərəfindən vergi və rüsumların müəyyən olunmuş qaydada və müddətlərdə ödənilməsinin təmin edilməsinə nəzarət edir;
- Müəssisənin strateji planının yerinə yetirilməsini təmin edir;
- Müşahidə Şurasının və İdarə Heyətinin fəaliyyətinin tənzimlənməsi barəsindəki normativ sənədlərin tələblərini yerinə yetirir;
- Müəssisənin struktur bölmələrinin əsasnamələrini və işçilərin vəzifə təlimatlarını müəyyən edilməsinə nəzarət edir;
- Müəssisənin funksional icra strukturlarının işinə nəzarəti həyata keçirir