Agrotrade Supply MMC

Elektrik (Ağdaş)

Dünən

18

Təsvir

Müəssisənin elektrik avadanlıqlarının fasiləsiz işləməsini təmin edir.

Elektrik xətlərinin, paylayıcı lövhələrin, idarəetmə panellərinin və elektrik şəbəkələrinin mütəmadi yoxlanışını həyata keçirir.

Elektrik nasazlıqlarını operativ müəyyən edir və aradan qaldırır.

İstehsal avadanlıqlarının elektrik hissəsinin profilaktik baxış və planlı təmir işlərində iştirak edir.

Yeni elektrik avadanlıqlarının quraşdırılması və istismara verilməsi işlərini həyata keçirir.

Elektrik mühərriklərinin, nasosların, ventilyatorların, kompressorların və digər elektrik avadanlıqlarının saz vəziyyətdə işləməsinə nəzarət edir.

Elektrik kabellərinin, avtomat açarların, kontaktorların, relelərin və digər elektrik elementlərinin dəyişdirilməsi və təmirini həyata keçirir.

Elektrik ölçmə cihazlarının düzgün işləməsinə nəzarət edir.

Elektrik enerjisi ilə bağlı qəza hallarında operativ tədbirlər görür və rəhbərliyi məlumatlandırır.

Profilaktik təmir cədvəlinə uyğun olaraq texniki xidmət işlərini yerinə yetirir.

Elektrik avadanlıqlarının istismar qaydalarına riayət olunmasına nəzarət edir.

Elektrik işləri zamanı istifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanmasını təmin edir.

Elektrik enerjisindən səmərəli istifadə olunmasına dair təkliflər verir.

Görülmüş işlər barədə tələb olunduqda hesabat təqdim edir.

İstehsal prosesinin fasiləsiz davam etməsi üçün növbədənkənar təmir işlərində iştirak edir.

Rəhbərlik tərəfindən verilən və vəzifəsinə uyğun digər tapşırıqları yerinə yetirir.

Tələblər

Orta ixtisas və ya ali texniki təhsil (Elektrik, Energetika və ya əlaqəli ixtisas).

Müvafiq sahədə minimum 1–3 il iş təcrübəsi.

Elektrik təhlükəsizliyi üzrə müvafiq bilik və bacarıqlar.

Elektrik sxemləri ilə işləmək bacarığı.

Komandada işləmək, məsuliyyətlilik və operativ qərarvermə bacarığı.

Vakansiya haqqında

Son tarix

September 3, 2026

Paylaşılıb

avqust 4, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Bakalavr

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı