Hüquqşünas şirkətin hüquqi təhlükəsizliyini təmin edir, müqavilə və prosesləri qanunvericiliyə uyğun şəkildə idarə edir.
- Müxtəlif müqavilə, saziş və hüquqi sənədlərin hazırlanması, təhlili və danışıqlarda iştirak.
- Konkret hüquqi məsələlərlə bağlı tədqiqat aparmaq, sənədlər hazırlamaq və analiz etmək.
- Şirkəti dövlət və qeyri-dövlət qurumlarında, məhkəmə və notariat orqanlarında təmsil etmək.
- Dövlət və özəl qurumlara göndərilən məktubları, müraciətləri hazırlamaq.
- İddia ərizələri, şikayətlər və etirazların hazırlanması və aidiyyəti instansiyalara göndərilməsi.
- Məhkəmə və inzibati icraat proseslərini izləmək və vaxtında prosessual tədbirləri yerinə yetirmək.
- Şirkətin təşkilati-hüquqi forması, yenidən təşkili və qeydiyyat dəyişiklikləri ilə bağlı hüquqi dəstək göstərmək.
- Qanunvericilikdəki dəyişiklikləri izləmək və şirkətə vaxtında məlumat vermək.
- Strukturlardan daxil olan hüquqi sorğuları cavablandırmaq və müvafiq hüquqi rəylər hazırlamaq.
- Rəhbərliyin verdiyi əlavə tapşırıqları icra etmək.
- Şirkətdaxili etik standartlara, siyasət və prosedurlara, o cümlədən SƏTƏM və antikorrupsiya/komplayens qaydalarına riayət etmək.