Əmək qanunvericiliyinə, prosedur, təlimatlara və rəhbərinin əmrlərinə uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilmək;
İşçilərin şəxsi işlərini aparmaq, formalaşdırmaq;
Kadrlara aid olan təlabat haqqında lazımi yerlərə məlumat vermək;
Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
Kadrlar üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsinə, Şirkətdə ezamiyyətə gələn işçilərin qeydə alınmasında iştirak etmək;
İşçilərin gündəlik giriş çixiş saatlarına, qayda pozuntularına nəzarət etmək;
ƏMAS üzərindən bütün əmək münasibətləri əməliyyatlarının həyata keçirilməsi;
İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialları hazırlamaq;
Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
Bank kartlarının sifarişi ilə bağlı əməliyyatların icra etmək;
Prosedur və qaydalara uyğun olaraq korporativ nömrələrin sifarişi;
Əmək məhsuldarlığını artırmaq , işdə yüksək keyfiyyət göstəricilərinə nail olmaq;
Birbaşa rəhbərin aidiyyatı üzrə digər tapşırıq və sərəncamlarının yerinə yetirmək;
İş şəraiti:
İş qrafiki: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00 – 14:00;
İstirahət günlər: Şənbə və bazar
İş yeri: Abşeron rayonu Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)
Tələblər
Ali təhsil (İnsan Resurslarının idarə edilməsi, Biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə bakalavr dərəcəsi);
İnsan Resursları əməliyyatları sahəsində minimum 1 il iş təcrübəsi;
Əmək qanunvericiliyi üzrə biliklər;
Kompüter bilikləri: MS Office, 1C ERP (SAP biliklərin olması əlavə üstünlükdür)