Agrotrade Supply MMC

Mühasib

28-01-2026

111

Təsvir

  • Pul vəsaitlərinin mədaxil və məxaricinin proqram təminatına daxil edilməsi, hesablar üzrə qalıqların proqram təminatı ilə uyğunluğunun yoxlanması və sənədlərin saxlanılması;
  • Tədarükçülər tərəfindən göndərilən elektron qaimələrin ilkin sənədlərlə düzgünlüyü yoxlanılması, təsdiqə göndərilməsi, malların ERP proqramında işlənməsinin yoxlanılması və mühasibatlıq tərəfdən işlənməsi.
  • Görülmüş iş və göstərilmiş xidmətlərin təhvil-təslim aktlarının tələb edilməsi və elektron saxlanılması ;
  • Müəssisədə satışı zamanı, ilkin, sənədlərin düzgünlüyünün yoxlanılması, uçotunun aparılması;
  • Elektron qaimənin tərtib olunması və göndərilməsi, sənədlərin elektron saxlanılması;  
  • Mühasibat uçotunu qaydalarına uyğun muxabirləşmələrin verilməsi. 
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi          


Tələblər

Namizədə tələblər:

  • Təhsil: Ali (Maliyyə, Mühasibatlıq)
  • Təcrübə: Min 1 il
  • 1C 8.3 ERP, Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək. (SAP biliklərinin olması əlavə üsütünlükdür)
  • e-taxes.gov.az işləməyi bacarmaq
  • Dürüstlük, dəqiqlik və məsuliyyətlilik


Əlavə qeyd:

  • İş yeri: Abşeron, Xırdalan Bakı-Şamaxı şossesi 129 (Hökməli dairəsinin yaxınlığı)                        

Vakansiya haqqında

Son tarix

March 30, 2026

Paylaşılıb

yanvar 28, 2026

Vakansiya növü

Tam ştat

Əmək haqqı

800 - 800 AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Servislə təmin olunur
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük
  • Korporativ nömrə
  • Nahar təminatı
  • Könüllü tibbi sığorta