Agrotrade Supply MMC

Təftiş Şöbəsi Müdiri

Bu gün

61

Təsvir

Təftiş Şöbəsi Müdiri şirkətin bütün fəaliyyət sahələrində daxili nəzarətin təmin olunması, risklərin vaxtında aşkarlanması, proseslərin auditinin aparılması və rəhbərliyə obyektiv hesabatların təqdim edilməsi məqsədilə təftiş işlərinə rəhbərlik edən struktur rəhbəridir.

 

Əsas vəzifə öhdəlikləri:

  • Risk əsaslı audit yanaşmasını tətbiq etmək və prioritet sahələri müəyyənləşdirmək
  • Şirkətdə mövcud olan daxili nəzarət mexanizmlərini təhlil etmək və onların effektivliyini qiymətləndirmək
  • Proseslərin yaxşılaşdırılması, risklərin minimumlaşdırılması üçün təkliflər irəli sürmək və onların icrasına nəzarət etmək.
  • Müştərilərlə aylıq üzləşmələrin təmin edilməsi
  • Şirkət daxilində sayım(inventarizasiya) proseslərinin idarə edilməsi
  • Yeni prosedur və qaydaların hazırlanmasında iştirak etmək
  • Aylıq, rüblük və illik təftiş hesabatlarını hazırlamaq və icraçı rəhbərliyə təqdim etmək
  • Kütləvi nöqsanlar aşkar olunduqda rəhbərliyə dərhal məlumat vermək
  • Təftiş nəticələrinə uyğun olaraq şöbədaxili analitik hesabatlar hazırlamaq
  • Təftiş əməkdaşlarının fəaliyyətini idarə etmək, tapşırıqları bölüşdürmək və nəticələrə nəzarət etmək
  • Fırıldaqçılıq, sui-istifadə və səlahiyyət həddinin aşılması hallarının araşdırılmasına rəhbərlik etmək
  • Şöbə əməkdaşlarının peşəkar inkişafını təmin etmək və təlimlərdə iştirakını təşviq etmək
  • Şöbənin daxili iş intizamına və etik standartlara riayət olunmasına nəzarət etmək


Tələblər

  • Ali təhsil
  • Audit, təftiş və ya risklərin idarə edilməsi sahəsində minimum 5 il iş təcrübəsi
  • Biznes proseslərinin analizi və optimallaşdırılması
  • Risk, böhran və dəyişikliklərin idarə edilməsi
  • Analitik düşünmə və problemlərin həlli bacarığı
  • Strateji yanaşma və qərarvermə qabiliyyəti
  • Planlama, təşkilatçılıq və vaxtın idarə edilməsi
  • Liderlik və komanda idarə edilməsi
  • Maliyyə hesabatları üzrə biliklər

Vakansiya haqqında

Son tarix

February 27, 2026

Paylaşılıb

yanvar 26, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə