· Müəssisəyə daxil olan və müəssisədən çıxarılan yüklərin yüklənməsi və boşaldılmasını həyata keçirir.
· Yüklərin düzgün və təhlükəsiz yerləşdirilməsini təmin edir.
· Yüklərin qablaşdırılmasının bütövlüyünü yoxlayır və aşkar edilmiş zədələnmələr barədə məsul şəxsə məlumat verir.
· Yüklərin çeşidlənməsi, sayılması və markalanması işlərində iştirak edir.
· Məhsulların və materialların anbar daxilində müəyyən edilmiş qaydada yerləşdirilməsində iştirak edir.
· Yüklərin daşınması zamanı onların düşməsinin, zədələnməsinin və digər təhlükəli halların qarşısını alır.
· Ağır və iri ölçülü yüklərin daşınması zamanı digər işçilərlə koordinasiyalı işləyir.
· Yükqaldırıcı mexanizmlərdən yalnız müvafiq icazə, təlimatlandırma və səlahiyyət olduqda istifadə edir.
· İş yerini səliqəli və təmiz saxlayır.
· İş prosesində avadanlıqların, inventarların və digər əmlakın qorunmasına diqqət yetirir.
· İş zamanı aşkar etdiyi nasazlıq, təhlükəli vəziyyət, qəza və ya xəsarət barədə dərhal rəhbərinə məlumat verir.
· İşçi özünün və digər əməkdaşların əməyin mühafizəsi və təhlükəsizliyi tələblərinə riayət etməsinə, təhlükəsiz əmək şəraitinin təmin edilməsinə və müəyyən edilmiş təhlükəsizlik qaydalarının pozulmasının qarşısının alınmasına görə məsuliyyət daşıyır.
· Fiziki cəhətdən sağlam və fiziki işə yararlı olmalıdır;
· Ağır və müxtəlif çəkili yüklərin təhlükəsizlik qaydalarına uyğun daşınmasını bacarmalıdır;
· İş zamanı diqqətli, çevik və məsuliyyətli olmalıdır;
· Fiziki dözümlülüyə və iş qabiliyyətinə malik olmalıdır;
· Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etməlidir;
· Yanğın təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarını bilməlidir;
· Yüklərin düzgün qaldırılması, daşınması və yerləşdirilməsi qaydalarını bilməlidir;
· Fərdi mühafizə vasitələrindən düzgün istifadə etməlidir;
· Komandada işləmək bacarığına malik olmalıdır;
· Rəhbərliyin qanuni tapşırıqlarını vaxtında və düzgün yerinə yetirməlidir;
· İş yerində səliqə-sahmana və əmək intizamına riayət etməlidir;
· Məsuliyyətli, intizamlı və işə davamiyyətli olmalıdır;
Son tarix
October 28, 2026
Paylaşılıb
sentyabr 28, 2026
Vakansiya növü
Tam ştat
Vəzifə dərəcəsi
Digər

2GİS ● Bakı, Azərbaycan
08-09-2026
560

StartPM Advisory ● Bakı, Azərbaycan
Dünən
93

BioHerbal Baku MMC ● Bakı, Azərbaycan
08-09-2026
491

Agrotrade Supply MMC ● Xırdalan, Azərbaycan
08-09-2026
234