Alarna MMC
Ana səhifə
/
/
/
Əmək haqqı hesablanması üzrə 1C məsləhətçi

Əmək haqqı hesablanması üzrə 1C məsləhətçi

Bu gün

169

Təsvir

  • Şirkətin müştəriləri ilə qarşılıqlı əlaqə: Proqram məhsullarının hazırlanması üçün tələblərin toplanması və dəqiqləşdirilməsi;Müştəri tələblərinin təhlili, sistemləşdirilməsi və rəsmiləşdirilməsi;Funksional tələblərin əlaqələndirilməsi və təsdiqi;İşlərin sınaqdan keçirilməsi və müştəriyə təqdim edilməsi.
  • Tələblərin və layihə mərhələlərinin monitorinqi:Layihənin bütün mərhələlərində tələblərin icrasına nəzarət;İnkişaf prosesinin və müddətlərinin izlənməsi;Müştərinin işin gedişatı barədə vaxtında məlumatlandırılması;Nəticələrin biznes tələblərinə tam uyğunluğunun təmin edilməsi.
  • Risklərin idarə edilməsi:Müştərilərlə iş zamanı yarana biləcək risklərin aşkar edilməsi;Risklərin azaldılması üçün tədbirlərin görülməsi.
  • Proqramçı komandası ilə əməkdaşlıq:Proqramçılar üçün texniki tapşırıqların formalaşdırılması;Tapşırıqların həcminin və icra müddətinin qiymətləndirilməsi;İcra olunmuş tapşırıqların keyfiyyətinə nəzarət.
  • Müştərilərin uçot sistemlərinin analizi;İstifadəçilərə məsləhət və metodiki dəstəyin göstərilməsi;İstifadəçi təlimatlarının hazırlanması;İstifadəçilərin təliminin təşkili və keçirilməsi.
  • Test prosesində iştirak:Hazırlanan tələbin sınaqdan keçirilməsində (funksional test səviyyəsində) iştirak və testlərin aparılması.
  • Funksionallığın istismara verilməsi: İnkişaf etdirilmiş funksionallığın tətbiqi və istifadəyə hazır vəziyyətə gətirilməsi.
  • Təlim və inkişaf:Daxili sertifikatlaşdırma proseslərində və təkmilləşdirmə kurslarında iştirak.
  • Sənaye həllərinin inkişafında iştirak:Yeni və mövcud sənaye həllərinin təkmilləşdirilməsi üzərində iş.


Ali təhsil (texniki və ya iqtisadi).

İş qrafiki: Bazar ertəsi–Cümə, 09:00–18:00.


Tələblər

  • 1C sistemləri ilə iş təcrübəsi; 1C:ERP konfiqurasiyaları üzrə biliklərin olması üstünlükdür.
  • 1C üzrə peşəkar konfiqurasiya sertifikatına sahib olmaq üstünlük sayılır.
  • Avtomatlaşdırılmış sistemlərin tətbiqi və inkişafı üzrə layihələrdə analitik kimi iştirak təcrübəsi arzuolunandır.
  • Layihələrin idarə edilməsi və dəstəklənməsi, tərtibatçılar üçün texniki tapşırıqların hazırlanması və layihə sənədlərinin tərtibi üzrə təcrübə.
  • Əmək haqqı bölməsi üzrə biliklər; əmək haqqı üzrə mühasib və ya HR mütəxəssisi kimi iş təcrübəsi arzuolunandır.
  • Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

March 22, 2026

Paylaşılıb

fevral 25, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Digər