Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək;
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini təmin etmək;
Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat hesablarında əks etdirmək;
Əsas vəsaitlərin, mal-material qiymətlilərinin, istehsal xərclərinin, məhsul satışının, sifarişçi və təchizatçılarla hesablaşmaların, göstərilən iş və xidmətlərin uçotunu aparmaq;
Dövlət büdcəsinə ödənişlərin, vergilərin, sosial sığorta ayırmalarının və digər ödənişlərin vaxtında köçürülməsini həyata keçirmək;
Azərbaycan Respublikasının vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun düzgün, tam və vaxtında aparılmasını təmin edilməsi;
Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə əməliyyatların mühasibat uçotunda Azərbaycan Respublikasının qanunvericiliyinə və müəssisənin uçot siyasətinə uyğun şəkildə düzgün əks etdirilməsinin təmin edilməsi;
Məhsul buraxılışı əməliyyatlarının sistemdə düzgün əks etdirilməsini və istehsal üzrə mühasibat müxabirləşmələrinin düzgün aparılmasının təmin edilməsi;
Məhsulların maya dəyərinin dəqiq hesablanmasını, istehsal xərclərinin uçot siyasətinə uyğun bölüşdürülməsini və bunun üzərində nəzarətin təmin edilməsi;
Anbar uçotu ilə mühasibat uçotu məlumatlarının uyğunluğunu təmin etmək, aşkar edilmiş uyğunsuzluqların araşdırılmasını və aradan qaldırılmasını koordinasiya etmək, həmçinin inventarizasiya prosesində iştirak edilməsi;
Daxil olan elektron qaimələrin və idxal əməliyyatlarının informasiya sistemində düzgün uçota alınmasına, təsdiqlənməsi prosesinə nəzarət edilməsi;
Əsas vəsaitlər üzrə alış, satış, silinmə, daxili yerdəyişmə və digər əməliyyatların informasiya sistemində düzgün və vaxtında uçota alınmasının təmin edilməsi;
Vergi bəyannamələrinin qanunvericiliyin tələblərinə uyğun hazırlanmasında və təqdim edilməsində iştirak etmək.
Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
Tələblər
Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil;
Aparıcı mühasib üzrə minimum 3 il iş təcrübəsi
1C 8.3 üzrə praktiki biliklər;
MS Excel üzrə yaxşı səviyyədə bilik;
Elektron portallarla işləmə bacarığı;
Vergi və Əmək Məcəllələri üzrə əsas biliklər;
Vergi, DSMF, Statistika və digər hesabatların hazırlanması üzrə təcrübə;
İstehsalat, anbar və əməkhaqqı uçotu üzrə təcrübə;