Elektrik təsərrüfatının saz vəziyyətdə saxlanılması və təhlükəsiz istismarının təmin edilməsi üçün texniki və təşkilati fəaliyyətlərin həyata keçirilməsi
Elektrik təsərrüfatına bütün növ (cari, planlı, növbədənkənar) texniki xidmətlərin göstərilməsi və qeydiyyatının aparılması
Elektrik təsərrüfatına aid bütün təyinatlı hesabatların hazırlanması
Elektrik avadanlıqları və qurğularının gündəlik texniki baxışının, xidmətinin və təmirinin həyata keçirilməsi
Avadanlıqların gücünə, texniki göstəricilərinə və istismar rejiminə nəzarətin həyata keçirilməsi
Aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün görüləcək işlərin planlaşdırılması, icrası və müvafiq qaydada sənədləşdirilməsi
Elektrik təsərrüfatına aid dövlət sənədlərinin icra edilməsi
Qəza hallarının operativ şəkildə aradan qaldırılması
Elektrik təsərrüfatı üzrə sınaq və periodik yoxlama işlərinin icra edilməsi
Transformator və avtotransformatorların texniki baxışının, xidmətinin və zərurət olduqda müvafiq təmir işlərinin yerinə yetirilməsi
Elektrik aparatlarının (avtomatlar, kontaktorlar, rubilniklər və s.) texniki yoxlanılması
Elektrik mühərriklərinin təmizlənməsi və izolyasiya müqavimətinin ölçülməsi
Tələblər
Elektrik mühəndisliyi üzrə ali və ya orta ixtisas təhsili
Sahə üzrə minimum 3 il iş təcrübəsi
Elektrik qurğularının istismarı və təhlükəsizlik qaydalarını bilməli
Transformatorlar, elektrik mühərrikləri və elektrik aparatları ilə işləmə bacarığı