İşçilərin əməkhaqqı, məzuniyyət, vergi və sosial ödənişlərinin qanunvericiliyə uyğun olaraq düzgün və vaxtında hesablanmasını və ödənilməsini təmin etmək;
Əməkhaqqı, mükafat, əlavə ödəniş, tutulmalar və digər ödənişlərin (ezamiyyətlər, təhsil və digər sosial məzuniyyətlər, xəstəlik vərəqələri) hesablamalarını həyata keçirmək;
Əməkhaqqı uçotu sistemlərini (1C, E-GOV və s.) idarə etmək və məlumatların vaxtında daxiledilməsinə nəzarət etmək;
Gəlir vergisi, DSMF, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə ödənişlərin hesablanmasını aparmaq və müvafiq dövlət orqanlarına hesabatları təqdim etmək;
Əməkhaqqı üzrə aylıq, rüblük və illik hesabatları (o cümlədən DSMF və statistik hesabatlar) hazırlamaq;
İşə qəbul, işdən çıxma, struktur dəyişiklikləri və məzuniyyətlər zamanı əməkhaqqı hesablamalarını tənzimləmək;
Əməkhaqqı ilə bağlı sənədlərin arxivləşdirilməsini və qorunub saxlanılmasını təmin etmək;
Əməkdaşların əməkhaqqı və digər ödənişlərlə bağlı müraciətlərini peşəkar şəkildə cavablandırmaq;
Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan sənədləri və hesabatları hazırlayıb təqdim etmək.
Tələblər
İqtisadiyyat, maliyyə, mühasibatlıq və ya biznesin idarə edilməsi istiqaməti üzrə ali təhsil;
Payroll sahəsində minimum 2 il rəsmi iş təcrübəsi;
Böyük heyətli şirkətlərdə (800+ əməkdaş) əməkhaqqı hesablanması üzrə real iş təcrübəsi üstünlükdür;
Komandanın işinin koordinasiyası (şöbələr və filiallarla) və liderlik bacarıqları üstünlük hesab olunur;
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyini bilməli;
Məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması qaydaları;
1C və E-GOV sistemləri ilə sərbəst işləmək bacarığı;
Əməkhaqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsi, son haqq-hesab, kompensasiyalar, bonuslar, eləcə də bayram, istirahət və artıq iş saatları (overtime) üzrə hesablamaların aparılması;
MS Excel proqramını yüksək səviyyədə bilmək (qabaqcıl funksiyalar və analitika);
Diqqətli, məsuliyyətli, analitik düşüncəli və hesabatlılığa önəm verən namizəd olmalıdır;
Məlumatların məxfiliyini qorumaq və kommersiya sirrinə riayət etmək bacarığı vacibdir.
5 günlük iş qrafiki
Nahar şirkət tərəfindən təmin olunur
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaqdır