Obyektdə fiziki mühafizəni təmin etmək, kənar müdaxilələrdən qorumaq
Növbə zamanı qıfıl, damğa, siqnalizasiya, telefon, işıqlandırma və yanğın təhlükəsizliyi avadanlıqlarını yoxlamaq
Müvafiq ərazidə hər hansı bir nasazlıq və ya pozuntu aşkar edilərsə, aidiyyəti üzrə rəhbərliyə məlumat vermək.
Təlimatlara uyğun olaraq mühafizə məsələləri ilə bağlı Şirkətə məxsus ərazidə müntəzəm olaraq baxış keçirmək.
Mühafizə kameralarının işinə nəzarət etmək.
Təhlükəsizlik sistemləri (kameralar, siqnalizasiya və digər müşahidə vasitələri) üzrə monitorinq aparmaq və aşkar olunan uyğunsuzluqları vaxtında aidiyyəti üzrə məlumat vermək;
Yanğın baş verdikdə həyəcan siqnalı vermək, müvafiq qurumları FHN və DİN-ə məlumat vermək.
Şirkətə daxil olan şəxslərə ilkin ünsiyyət qurmaq, yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandıma işini görmək.
Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək.
Giriş-çıxış sahəsinin səliqəli və təmiz saxlanılmasına nəzarət etmək
Tələblər
CCTV və ya monitorinq sahəsində təcrübə üstünlükdür
Diqqətli, məsuliyyətli və analitik düşüncə qabiliyyəti;
Məxfilik prinsiplərinə ciddi riayət etmək.
Gözlənilən davranışlar:
Nizam-intizamlı;
Stresə dözümlülük;
Gülərüz və mehriban olmaq;
Komanda ilə işləmək bacarığı;
Səliqəli görünüm;
İş rejimi: Növbəli iş qrafiki əsasında
İş yeri: Ağ şəhər
Əmək haqqı: Namizədin bacarıqlarına əsasən təyin olunacaqdır