Məhsulun ixracı üçün zəruri olan sənədlər paketini hazırlamaq, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) müvafiq sertifikatları (mənşə, fitosanitar və s.) və icazələri əldə etmək;
Beynəlxalq yük daşımaları üçün CMR (beynəlxalq qaimə) sənədini tərtib etmək və yük maşınlarının hərəkət qrafikinə nəzarət etmək;
Yüklənmiş və gömrük rəsmiləşməsi tamamlanmış yük maşınlarının plomblanmasını həyata keçirmək, plombların bütövlüyünü yoxlamaq və nəqliyyat vasitələrinin vaxtında keçid məntəqələrinə yola salınmasını təmin etmək;
Müvafiq dövlət qurumları ilə rəsmi yazışmaları aparmaq, icazələrin alınması üçün görüşlər təşkil etmək və müəssisəni inzibati məsələlər üzrə təmsil etmək;
Müəssisəyə və ya layihə sahələrinə gələn rəsmi qonaqların, nümayəndə heyətlərinin qarşılanmasını, yerləşdirilməsini və onların səfər proqramına uyğun inzibati dəstəyi (nəqliyyat, iaşə və s.) təşkil etmək;
Mərkəzi ofisin inzibati ehtiyaclarını müəyyən etmək və ümumi inzibati işlərin (təchizat, rabitə və s.) operativ idarə olunmasına dəstək göstərmək;
Filialın gündəlik inzibati və təsərrüfat işlərinin təşkilinə və icrasına nəzarət etmək;
Yeməkxananın fəaliyyətinə, sanitariya və gigiyena qaydalarına riayət olunmasına nəzarət etmək;
Ərzaq məhsullarının qəbulu, düzgün saxlanılması, yararlılıq müddəti və sərfiyyatına nəzarət etmək;
Soyuducu və dondurucularda məhsulların saxlanma şəraitini və temperatur rejimini izləmək;
FIFO/FEFO prinsiplərinə uyğun ərzaq dövriyyəsini təmin etmək;
Yeməkxananın mətbəx, yemək zalı, anbar və digər sahələrinin təmiz saxlanılmasına nəzarət etmək;
Filialda təmizlik işlərinin gündəlik qrafik üzrə həyata keçirilməsini təşkil və nəzarət etmək;
Təmizlik və dezinfeksiya vasitələrinin mövcudluğuna və düzgün saxlanılmasına nəzarət etmək;
İnzibati bina, sanitar qovşaqlar, məişət və ümumi istifadə sahələrinin vəziyyətini izləmək;
Dəftərxana, təsərrüfat malları, təmizlik vasitələri və digər inzibati materialların ehtiyatına nəzarət etmək;
Aşkar edilmiş nasazlıq və çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti şəxslərlə koordinasiya aparmaq;
İnzibati malların və ərzaqların inventarizasiyasında iştirak etmək;
İnzibati xərclərin və material sərfiyyatının səmərəli idarə olunmasına nəzarət etmək;
Yeməkxana və təmizlik işçilərinin fəaliyyətinə funksional nəzarət etmək;
Görülən işlər və aşkar edilmiş problemlərlə bağlı rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər
İnzibati-təsərrüfat, iaşə, anbar, xidmət və ya oxşar sahədə iş təcrübəsi arzuolunandır;
Sanitariya, gigiyena və ərzaqların saxlanması qaydaları haqqında baza bilikləri;
Təşkilatçılıq və nəzarət bacarığı;
Məsuliyyətli, tələbkar və diqqətli olmaq;
İşlərin prioritetləşdirilməsi və operativ problem həll etmə bacarığı;
Komanda ilə işləmək və müxtəlif struktur bölmələrlə koordinasiya qurmaq bacarığı;