AMOGROUP
Ana səhifə
/
/
/
Kreditor üzrə aparıcı mühasib

Kreditor üzrə aparıcı mühasib

  • AMOGROUP
  • 31 Şah İsmayıl Xətai prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

286

Təsvir

  • Müəssisənin bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda və uçot registrlərində düzgün əks etdirilməsini təmin etmək; 
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsini təmin etmək; 
  •  Mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu aparmaq, onların hərəkətini mühasibat hesablarında əks etdirmək; 
  • Əsas vəsaitlərin, mal-material qiymətlilərinin, istehsal xərclərinin, sifarişçi və təchizatçılarla hesablaşmaların, göstərilən iş və xidmətlərin uçotunu aparmaq; 
  • Xammal, material, yarımfabrikat və hazır məhsullar üzrə əməliyyatların mühasibat uçotunda Azərbaycan Respublikasının qanunvericiliyinə və müəssisənin uçot siyasətinə uyğun şəkildə düzgün əks etdirilməsinin təmin edilməsi;
  • Məhsul buraxılışı əməliyyatlarının sistemdə düzgün əks etdirilməsini və istehsal üzrə mühasibat müxabirləşmələrinin düzgün aparılmasının təmin edilməsi;
  • Anbar uçotu ilə mühasibat uçotu məlumatlarının uyğunluğunu təmin etmək, aşkar edilmiş uyğunsuzluqların araşdırılmasını və aradan qaldırılmasını koordinasiya etmək, həmçinin inventarizasiya prosesində iştirak edilməsi;
  • Daxil olan elektron qaimələrin və idxal əməliyyatlarının informasiya sistemində düzgün uçota alınmasına, təsdiqlənməsi prosesinə nəzarət edilməsi;
  • Əsas vəsaitlər üzrə alış, satış, silinmə, daxili yerdəyişmə və digər əməliyyatların informasiya sistemində düzgün və vaxtında uçota alınmasının təmin edilməsi;
  • Tədarükçülərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması;
  • Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat üzrə ali təhsil; 
  • Aparıcı mühasib üzrə minimum 3 il iş təcrübəsi
  • 1C 8.3 üzrə praktiki biliklər; 
  • MS Excel üzrə yaxşı səviyyədə bilik; 
  • Elektron portallarla işləmə bacarığı; 
  • İstehsalat və anbar uçotu üzrə təcrübə; 

Vakansiya haqqında

Son tarix

December 2, 2026

Paylaşılıb

noyabr 2, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə