Müəssisənin mühasibat uçotunun qanunvericiliyin tələblərinə uyğun aparılması;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq;
Daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək;
Bank və kassa əməliyyatlarına nəzarət;
Debitor və kreditor borclarının izlənilməsi;
1C proqramında mühasibat əməliyyatlarının aparılması və məlumatların işlənilməsi;
Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi və arxivləşdirilməsi.
Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər mühasibat sənədlərinin hazırlanması;
Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi.
Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək.
Tələblər
Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
Excel bilikləri
1C 8.3 proqramı üzrə biliklər
İstehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək;