Şirkətin SƏTƏM strategiyasına uyğun fəaliyyətin təşkili və həyata keçirilməsi;
SƏTƏM mədəniyyətinin şirkət daxilində formalaşdırılması və işçilərin koordinasiyalı şəkildə proseslərə cəlb edilməsi;
İstehsalatda sağlam və təhlükəsiz əmək şəraitinin yerli qanunvericiliyin tələblərinə uyğun şəkildə təmin edilməsi;
Təhlükəli və zərərli istehsalat amillərinə nəzarət mexanizmlərinin qurulması və effektiv izlənməsi;
İstehsalatda istifadə olunan avadanlıq və qurğuların təhlükəsiz istismarının təmin edilməsi;
Tullantıların idarə olunması prosesinin müvafiq qanunvericilik və standartlara uyğun şəkildə tənzimlənməsi, hesabatlılıq mexanizmlərinin müəyyən olunması;
SƏTƏM üzrə aidiyyəti struktur bölmələrdən məlumatların toplanması və baş ofisə mütəmadi hesabatların təqdim olunması;
SƏTƏM sahəsində dövlət qurumları ilə əlaqələrin qurulması və fəaliyyətlərin mövcud qanunvericiliyə uyğun təşkili;
Yeni işçilər üçün giriş (intro), yanğın təhlükəsizliyi və planlı SƏTƏM təlimlərinin təşkil olunması və keçirilməsi.
Tələblər
SƏTƏM üzrə minimum 1 il iş təcrübəsi
Əmək Məcəlləsi, “İstehsalatda əməyin mühafizəsi haqqında” qanun və digər normativ sənədləri yaxşı tanımaq
SƏTƏM sənədləri ilə işləmək və hesabatlar hazırlamaq bacarığı
Müstəqil işləmə, nəzarət və rəhbərlik bacarığı
Yaxşı ünsiyyət və komandada işləmək bacarığı
Kompüter bilikləri (MS Office), xüsusən Excel və Word