AMOGROUP
Ana səhifə
/
/
/
Vergi üzrə Böyük Mühasib

Vergi üzrə Böyük Mühasib

  • AMOGROUP
  • 31 Şah İsmayıl Xətai prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

20

Təsvir

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi uçotunun aparılması və vergi öhdəliklərinin icrasının təmin edilməsi;

Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması);

Bütün vergi növlərinin (Mənfəət vergisi, ƏDV, ÖMV, Torpaq, Əmlak, Muzdlu işlə əlaqədar vergilər və s.) qanunvericiliklə müəyyən edilmiş müddətlərdə düzgün hesablanmasını hazırlanmasını və təqdim edilməsini təmin etmək;

Vergi Məcəlləsində baş verən dəyişiklikləri izləmək və onların tətbiqi barədə rəhbərliyi məlumatlandırmaq.

Kameral və səyyar vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədləri hazırlamaq və təqdim etmək.

Vergi risklərini müəyyən etmək, təhlil etmək və onların minimuma endirilməsi üçün təkliflər hazırlamaq.

Debitor və kreditor əməliyyatlarının vergi uçotu baxımından düzgün aparılmasına nəzarət etmək.

İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının dəqiq formalaşdırılması 

Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alışı, istismara verilməsi, yerinin dəyişdirilməsi, təmir xərclərinin kapitallaşdırılması və silinməsi əməliyyatlarının əməliyyat sistemində dərhal və dəqiq əks etdirmək;

ƏV üzrə amortizasiya xərclərini hesablamaq;

Əsas vəsaitlərin dövri inventarizasiya prosesində iştirak etmək, nəticələri təhlil etmək və kənarlaşmaları mühasibatlıq sistemində əks etdirmək.

Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqələr, ezam və digər ödənişlərin qanunvericiliyə uyğun hesablanmasına nəzarət etmək.

Vergi hesablaşmalarını maliyyə uçotu məlumatları ilə mütəmadi uzlaşdırmaq.

1C və ERP sistemlərində vergi uçotunun qurulması və düzgün aparılmasına nəzarət etmək.

Vergi uçotu üzrə daxili hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Öz tabeliyində olan əməkdaşların fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafına dəstək olmaq və komanda ruhunun formalaşdırılmasını təmin etmək.

Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək.

Tələblər

Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;

Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;

ACCA FA olması üstünlükdür

Excel bilikləri

1C 8.3 proqramı üzrə biliklər

İstehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək;

Vergi Məcəlləsi üzrə müvafiq biliklər;

Vakansiya haqqında

Son tarix

August 27, 2026

Paylaşılıb

iyul 27, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə