A
Ana səhifə
/
/
Aparıcı mütəxəssis – Təchizat şöbəsi

Aparıcı mütəxəssis – Təchizat şöbəsi

  • Tam ştat

Bu gün

81

Təsvir

  • Satınalma sorğusu/satınalma sifarişləri üçün satınalma fəaliyyətlərini praktiki idarə etmək.
  • Əvvəlcədən sifarişlərin çatdırılma tarixlərinin saxlanmasını təmin etmək üçün satınalma, mühəndislik və/yaxud layihənin idarə heyəti ilə müntəzəm baxış görüşləri təşkil edilməsi.
  • Biznes ehtiyaclarını müəyyən etmək, mövcud Təchizatçılar, İstehsalçılar ilə əlaqələr qurmaqda son istifadəçilərlə qarşılıqlı əlaqə yaratmaq.
  • Tender prosesinin bütün mərhələlərində iştirak etmək.
  • Təchizatçılardan təkliflər almaq üçün materialların və xidmətlərin alınması üçün Təklif Sorğunun yaradılması.
  • Rəhbərliyin təsdiqi üçün kommersiya təkliflərinin qiymətləndirilməsini hazırlamaq.
  • Texniki şərhlər almaq üçün son istifadəçi şöbəsi ilə əlaqə saxlamaq; texniki qeydləri kommersiya təkliflərinin qiymətləndirilməsinə daxil edin və satınalma üçün tövsiyə verin.
  • Təchizatçılarla görüşlər təşkil etmək və həmin görüşlərdə iştirak etmək. 
  • Materiallar, avadanlıqlar və xidmətlər üzrə ən yaxşı kommersiya təkliflərini əldə etmək üçün şirkət adından danışıqlar aparmaq.
  • Keyfiyyətli məhsul və materialları seçmək və satın almaq üçün araşdırma aparmaq.
  • Müraciətlərin gedişatını hazırlamaq və sifarişlərin vəziyyəti ilə bağlı rəhbərliyi yeniləmək.
  • Malların yerli daşınmasını təşkil etmək və vaxtında çatdırılmanı təmin etmək üçün sifarişləri izləmək.
  • Bütün tender sənədlərinin qeydə alınması və düzgün arxivləşdirilməsi
  • Layihənin satınalma və subpodratçı prosedurlarına uyğun işləmək
  • Rəhbərliyin digər göstərişlərini yerinə yetirmək.


Tələblər

Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)

Təhsil ixtisası: Maliyyə, iqtisadiyyat və ya biznesin təşkili və idarəedilməsi üzrə

İş təcrübəsi (minimum): Minimum 2 il ümumi iş təcrübəsi,

 

Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)

 

Kompüter bilikləri: Microsoft office proqramları (əsasən Excel)

Digər zəruri tələblər: Beynəlxalq sertifikatların mövcudluğu arzuolunandır


VƏZİFƏNİN TƏLƏB ETDİYİ SƏRİŞTƏLİLİKLƏR:


Problem həll etmə bacarıqları;

Detallara diqqət;

Komandada işləmək bacarığı;

Analitik düşünmə bacarığı.

Vakansiya haqqında

Son tarix

August 18, 2025

Paylaşılıb

iyul 9, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər