A
Ana səhifə
/
/
Baş Qrafik Dizayner

Baş Qrafik Dizayner

  • Tam ştat

Dünən

199

Təsvir

Vəzifə Öhdəlikləri


  • Şirkətin bütün vizual kommunikasiya materiallarının hazırlanması (posterlər, sosial media paylaşımları, bannerlər, təqdimatlar və s.);
  • Mövcud brend üslubunu qoruyaraq, brendin vizual dilini inkişaf etdirən yeni istiqamətlərin formalaşdırılması;
  • Təhsil məhsulları, tədbirlər və kampaniyalar üçün yaradıcı konseptlərin qurulması və bu konseptlərin vizual sistemə çevrilməsi;
  • Kampaniyaların ideya mərhələsindən icra mərhələsinə qədər vizual istiqamətinin müəyyənləşdirilməsi;
  • Vizual hekayə anlatımı (visual storytelling) yanaşması ilə təsirli dizayn həllərinin hazırlanması;
  • AI əsaslı dizayn alətlərindən istifadə edərək ideyaların sürətli şəkildə test edilməsi və inkişaf etdirilməsi;
  • Çap üçün hazırlanan faylların texniki baxımdan düzgün və keyfiyyətli təqdim edilməsi;
  • Marketinq və kontent komandası ilə sıx əməkdaşlıq edərək dizayn proseslərinin vaxtında və effektiv şəkildə həyata keçirilməsi.


Tələblər

  • Qrafik dizayn sahəsində ən azı 3 il peşəkar iş təcrübəsi;
  • Adobe Creative Suite proqramlarında (xüsusilə Illustrator, Photoshop, InDesign) yüksək səviyyədə işləmə bacarığı;
  • Kampaniya dizaynı, konsept inkişafı və brend kommunikasiya sahəsində real təcrübə;
  • AI əsaslı dizayn və kontent istehsalı alətləri ilə işləmə bacarığı (Midjourney, Firefly, Runway, DALL-E və ya oxşar platformalar);
  • İdeyadan vizuala gedən prosesi idarə etmə və təqdim etmə bacarığı;
  • Kreativ düşünmə bacarığı, vizual zövq və detallara qarşı həssaslıq;
  • Tapşırıqları vaxtında, məsuliyyətlə və keyfiyyətli şəkildə yerinə yetirmə bacarığı.

Vakansiya haqqında

Son tarix

March 14, 2026

Paylaşılıb

fevral 12, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Kateqoriya

Dizayn, incəsənət, yaradıcılıq