A
Ana səhifə
/
/
İnsan Resursları üzrə Menecer

İnsan Resursları üzrə Menecer

  • Tam ştat

Bu gün

18

Təsvir

  • İşçilərin davamiyyətinin cəmlənmiş iş vaxtı uçotu əsasında dəqiq və vaxtında aparılması;
  • İş vaxtının uçotu cədvəllərinin (tabel) hazırlanması, yoxlanılması və təsdiq üçün təqdim edilməsi;
  • Əmək müqavilələrinin hazırlanması, sistemə daxil edilməsi, dəyişiklik və xitam proseslərinin əmək qanunvericiliyinə uyğun icrası;
  • Struktur və vəzifə dəyişiklikləri, rotasiya, vəzifə yüksəlişi və digər HR əməliyyatlarının sənədləşdirilməsi və rəhbərliyə təqdim edilməsi;
  • İşçilərin şəxsi işlərinin (Personal File) formalaşdırılması, arxivləşdirilməsi və mütəmadi yenilənməsinin təmin edilməsi;
  • HR məlumat bazasının yaradılması, məlumatların aktuallığının qorunması və dəyişikliklərin operativ şəkildə sistemə daxil edilməsi;
  • Gündəlik və aylıq davamiyyət göstəricilərinə (gecikmə, işə gəlməmə, məzuniyyət və s.) nəzarət edilməsi, müvafiq əmrlərin hazırlanması və hesabatların təqdim olunması;
  • Məzuniyyət qrafiklərinin hazırlanması, yenilənməsi və məzuniyyətlərin istifadəsinə nəzarət edilməsi;
  • İşçilərlə bağlı əmrlərin, arayışların, məktubların və digər kadr sənədlərinin hazırlanması;
  • İş yeri arayışları, əmək kitabçası və digər şəxsi sənədlərlə bağlı sorğuların cavablandırılması;
  • Dövlət Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi, İcbari Tibbi Sığorta və digər rəsmi qurumlarla yazışmaların aparılması;
  • Aylıq fəaliyyət hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi.


Tələblər

  • İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi və ya müvafiq ixtisas üzrə ali təhsil;
  • İnsan Resursları əməliyyatları sahəsində minimum 4+ il iş təcrübəsi (pərakəndə satış/Retail sektorunda təcrübə üstünlükdür);
  • Cəmlənmiş iş vaxtı uçotu, tabel və məzuniyyət hesabatlarının hazırlanması üzrə praktiki təcrübə;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;
  • MS Office proqramlarında, xüsusilə Excel üzrə yaxşı səviyyədə bilik və bacarıqlar;
  • 1C proqramı üzrə biliklərin olması üstünlük hesab edilir;
  • Analitik düşüncə, yüksək diqqət və dəqiqlik, məsuliyyətlilik və komanda ilə effektiv işləmək bacarığı.


Vakansiya haqqında

Son tarix

July 2, 2026

Paylaşılıb

iyun 2, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Əmək haqqı

1800 - 2000 AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə