A
Ana səhifə
/
/
İnsan resursları üzrə təcrübəçi (işə qəbul, əməliyyat və ya təlim üzrə)

İnsan resursları üzrə təcrübəçi (işə qəbul, əməliyyat və ya təlim üzrə)

  • Təcrübə

21-04-2025

379

Təsvir

İşə qəbul üzrə:


  • Şirkətin təsdiq edilmiş İşə qəbul qaydalarına uyğun işə qəbul prosesinə və İşə qəbul üzrə məsul əməkdaşlara dəstək göstərir
  • Namizədlərin məntiq testlərinə, panel müsahibələrə dəvət edilməsini təmin edir
  • Namizədlərin test imtahanlarından keçirilməsinə nəzarət edir, test cavablarını yoxlayaraq, əldə edilmiş nəticələri İşə qəbul üzrə məsul digər əməkdaşlarına yönəldir
  • Namizədlərin İşə qəbul sənədlərini göndərilməsini təmin edir
  • Namizədlərin İşə qəbul sənədlərini toplayır, sənədlərin düzgünlüyünü və tələb olanun siyahıya uyğun toplanmasını təmin edir
  • İşə qəbul və kadr planlaması şöbəsinin bütün İşə qəbul tədbirlərinə təşkilati dəstək göstərir


Əməliyyat üzrə:


  • Tibbi sığorta paketlərinin tənzimlənməsi, sənədləşmənin aparılması və əməkdaşlarla kommunikasiyanın vaxtında və mütəmadi aparılmasında dəstək göstərir
  • İşçilərin şəxsi iş qovluqlarını formalaşdırılmasına dəstək göstərir
  • Müxtəlif əmrlərin qeydiyyatının aparılmasında dəstək göstərir
  • SİMA ilə imzalanma prosesində əməkdaşlara dəstək olur


Təlim və inkişaf üzrə:


  • Şirkətdaxili və xarici təlim, kurs, master-klas və digər inkişaf tədbirlərin təşkil edilməsi, tələb olunan ləvazimat və resursların təmin edilməsində dəstək göstərir
  • Təlim və motivasiya tədbirləri ilə əlaqədar bütün sənədləşmə prosesində dəstək göstərir
  • Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və vaxtlı-vaxtında bazaya daxil edilməsini dəstək göstərir
  • Müəssisədə korporativ tədbirlərin təşkil edilməsində iştirak edir

Tələblər

  • Azərbaycan dilini sərbəst bilmək (rus dili, ingilis dili biliyi arzuolunandır)
  • Ali təhsil
  • Öyrənməyə həvəsli olmaq
  • Təşəbbüskar olmaq
  • İnsan resursları peşəsini sevmək

Vakansiya haqqında

Son tarix

April 28, 2025

Paylaşılıb

aprel 21, 2025

Vakansiya növü

Təcrübə

Vəzifə dərəcəsi

Məzun

Təhsil

Bakalavr

Əmək haqqı

Ödənişsiz - AZN

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • İR üzrə biliklərə yiyələnəcəksiniz
  • Korporativ mühitlə tanış olmaq və işləmə şansı əldə edəcəksiniz
  • Pozitiv mühit və xoş komandada işləmə şansı əldə edəcəksiniz