İşin qısa təsviri:
Baş nəzarətçi mühəndis müəssisədə yük qaldırma texnikalarının, bütün növ kranların, liftlərin, təzyiq altında işləyən tutumların və qazanların qüvvədə olan normativ qaydalara uyğun təhlükəsiz istismarına nəzarəti həyata keçirir.
Vəzifə funksiyaları və öhdəlikləri:
- Yük qaldırıcı kranların, liftlərin, təzyiq altında işləyən tutumların və qazanların təhlükəsiz istismarına nəzarət etmək;
- Avadanlıqların qaydalara uyğun istismara buraxılmasını təmin etmək;
- Texniki sazlıq və təhlükəsizlik tələblərinə əməl olunmasına nəzarət etmək;
- Texniki təhlükəsizlik qaydalarının pozulması hallarında xəbərdaredici göstərişlər vermək;
- Qəza riski yaradan avadanlıqların istismarını dayandırmaq;
- Təhlükəsizlik qaydalarına əməl etməyən işçilərlə bağlı rəhbərliyə təqdimatlar vermək;
- Dövlət orqanlarının və daxili nəzarət göstərişlərinin icrasına nəzarət etmək;
- Avadanlıqların vaxtında texniki şəhadətləndirilməsini təmin etmək;
- İşçilərin bilik yoxlaması prosesində iştirak etmək;
- Aşkarlanmış uyğunsuzluqlar üzrə analiz və hesabatlar hazırlamaq;
- Müəssisədə tətbiq olunan ekoloji və təhlükəsizlik standartlarına riayət olunmasına nəzarət etmək.