Təchizatın planlaşdırılması və proqnozlaşdırılması
- Şirkətin təchizat zənciri sisteminin fəaliyyətini təşkil etmək, idarə etmək və mütəmadi olaraq təkmilləşdirmək;
- Satış, layihə və servis departamentlərinin tələbatına əsasən malların təchizatı üzrə qısa, orta və uzunmüddətli planlar hazırlamaq;
- Təchizat müddətlərini (lead time) təhlil etmək və kritik mövqelər üzrə ehtiyat planları müəyyən etmək.
Satınalma və təchizatçıların idarə edilməsi
- Təchizatçıların və xidmət provayderlərinin axtarışı, qiymətləndirilməsi, seçilməsi və sistemə cəlb edilməsi (onboarding);
- Təchizatçılarla qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqların aparılması, sərfəli kommersiya şərtlərinin əldə edilməsi;
- Satınalma sifarişlərinin (PO) yaradılması, təsdiqi və icrasının izlənməsi;
- Çatdırılma müddətlərinə nəzarət; gecikmə və uyğunsuzluqlar zamanı eskalasiya və bərpa tədbirlərinin görülməsi;
- Təchizatçıların fəaliyyətinin müəyyən edilmiş meyarlar üzrə mütəmadi qiymətləndirilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması;
- Mal, iş və xidmətlərin satınalınması üzrə müqavilə layihələrinin və digər standart sənədlərin hazırlanmasında iştirak;
- Təchizat müqavilələrinin şərtlərinin logistika və maliyyə riskləri baxımından təhlili.
İdxal, gömrük və sənədləşmə
- Malların gömrük rəsmiləşdirilməsi prosesinin təşkili və gömrük brokerləri ilə koordinasiya;
- İdxal üçün müvafiq dövlət qurumlarından icazələrin — lisenziya, sertifikat, uyğunluq sənədləri və s. — alınmasının təmin edilməsi;
- Nəqliyyat və yükdaşıma sənədlərinin (invoys, packing list, CMR, B/L, mənşə sertifikatı və s.) düzgün rəsmiləşdirilməsinə nəzarət;
- Gömrük qanunvericiliyində dəyişikliklərin izlənməsi və şirkət proseslərinə vaxtında inteqrasiyası;
- Sənəd dövriyyəsinin təşkili, arxivləşdirilməsi və auditə hazır vəziyyətdə saxlanması.
Logistika və nəqliyyat
- Beynəlxalq və daxili daşımaların təşkili, daşıyıcıların seçilməsi və onlarla iş şərtlərinin müəyyən edilməsi;
- Optimal marşrut, nəqliyyat növü və Incoterms şərtlərinin seçilməsi ilə daşıma xərclərinin optimallaşdırılması;
- Logistik proqnozların və planların hazırlanması;
- Daşınma və saxlanma zamanı malların salamatlığına nəzarət;
- Servis texniklərinə və quraşdırma briqadalarına ehtiyat hissələrinin sürətli və şəffaf çatdırılması üçün daxili logistika proseslərinin qurulması.
Anbar və ehtiyatların idarə edilməsi
- Anbar işinin təşkili, anbar əməliyyatlarına və işçilərin fəaliyyətinə nəzarət;
- Malların qəbulu, yerləşdirilməsi, saxlanması və buraxılışı proseslərinin standartlaşdırılması;
- Ehtiyatların mütəmadi inventarizasiyasının aparılması, faktiki və uçot göstəriciləri arasında uyğunluğun təmin edilməsi;
- Fasiləsiz təchizat üçün minimum və maksimum ehtiyat həddlərinin (min/max stock) müəyyən edilməsi;
- Hərəkətsiz və ləng hərəkət edən ehtiyatların (slow-moving / dead stock) müəyyən edilməsi və azaldılması üzrə tədbirlərin görülməsi;
- Saxlanma şərtlərinə və avadanlığın texniki qulluq tələblərinə riayət olunmasına nəzarət.
Büdcə, xərclər və hesabatlıq
- Təchizat zənciri fəaliyyəti üzrə illik büdcənin hazırlanması və onun icrasına nəzarət;
- Satınalma və logistika xərclərinin təhlili, xərclərin azaldılması üzrə təkliflərin hazırlanması;
- Rəhbərlik üçün mütəmadi analitik hesabatların hazırlanması və təqdim edilməsi.
Risklərin idarə edilməsi və sığorta
- Təchizat zəncirində risklərin (təchizatın kəsilməsi, gecikmə, qiymət dalğalanması, valyuta riski və s.) müəyyən edilməsi və azaldılması;
- Avadanlıq, mal və materialların, həmçinin daşıyıcıların məsuliyyətinin sığortalanmasının təşkili;
- Sığorta hadisələri zamanı sənədləşmə və tələblərin (claim) irəli sürülməsi prosesinin idarə olunması.
Proseslərin təkmilləşdirilməsi
- Satınalma sorğusundan malın qəbuluna qədər olan proseslərin sənədləşdirilməsi və optimallaşdırılması;
- Təchizat zəncirinin səmərəliliyini artırmaq üçün təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqi;
- ERP sistemində təchizat modullarının düzgün istifadəsinin təmin edilməsi;
- Proseslərdə dəyişikliklərin həyata keçirilməsi üçün əlaqəli şöbələrin və sahə işçilərinin təlimləndirilməsi.