Aviation Services Group
Ana səhifə
/
/
/
Malların qəbulu üzrə baş mütəxəssis

Malların qəbulu üzrə baş mütəxəssis

Bu gün

210

Təsvir

Heydər Əliyev Beynəlxalq Aeroportunda ASG şirkətlər qrupunda Malların qəbulu üzrə baş mütəxəssis vəzifəsi üzrə işçi axtarılır. 


Vəzifə öhdəlikləri

  • Mal və materialların qəbulu, yoxlanılması və qeydiyyatının təmin edilməsi.
  • Digər departament ilə effektiv əlaqələrin qurulması və davamlılığının təmin edilməsi.
  • Qəbul edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması və sənədləşdirilməsi.
  • Uyğunsuzluqların aşkarlanması və müvafiq departamentlərə məlumatın verilməsi.
  • Anbar və inventar idarəetmə sistemləri ilə işləmək.
  • Gələn və gedən sənədləşmənin düzgün aparılması və arxivləşdirilməsi.
  • Mal qəbul proseslərinin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün təkliflərin verilməsi.
  • Komanda üzvlərinə rəhbərlik və dəstək göstərmək.


İş Şəraiti:

  • Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsi əsasında tənzimlənir
  •  İş yeri: Bakı şəh., Heydər Əliyev Beynəlxalq Aeroportu
  • İş qrafiki: Tam ştat (həftədə 5 gün, saat 09:00-dan 18:00-dək).



Tələblər

Tələb olunan bilik və bacarıqlar

  • Ali təhsil - İdarəetmə, Logistika, Mühasibat və ya əlaqəli sahə üzrə.
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Mal qəbul mütəxəssisi və ya oxşar vəzifədə).
  • Azərbaycan dili - səlis, İngilis dili biliyi – İntermediate səviyyədə, Rus dili arzuolunandır.
  • Anbar idarəetməsi və inventar nəzarəti haqqında dərin biliklər.
  • Keyfiyyətə nəzarət standartları (AQTA və HACCP) və prosedurları barədə məlumatlılıq.
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək bacarığı.
  • 1C və anbar proqramları ilə iş təcrübəsi.
  • Detallara qarşı diqqətli, məsuliyyətli.
  • Güclü ünsiyyət və problem həll etmə bacarıqları.


Vakansiya haqqında

Son tarix

August 4, 2025

Paylaşılıb

iyun 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər