ATB Bank
Ana səhifə
/
/
/
Anderraytinq Mərkəzi KOB kreditlərinin təhlili şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssisi

Anderraytinq Mərkəzi KOB kreditlərinin təhlili şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssisi

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

11

Təsvir

·       Bankın strateji hədəflərinə uyğun olaraq KOB seqmenti üzrə daxil olan sifarişlərin anderraytinqini həyata keçirmək;

·       Biznes müştəriləri üzrə daxil olan müraciətlər əsasında maliyyə vəziyyətinin və ödəniş qabiliyyətinin müəyyən edilməsi məqsədilə maliyyə və biznes təhlili aparmaq, mümkün riskləri müəyyən etmək;

·       Anderraytinq nəticələri üzrə yekun rəy təqdim etmək;

·       Təqdim edilən rəydə sifarişçinin biznesindəki riskli məqamları göstərmək və sifariş üzrə risklərin adekvat şəkildə azaldılması üçün təkliflər vermək;

·       Biznes kreditlərinin təhlilinə dair hesabatların hazırlanmasında iştirak etmək;

·       Baş mütəxəssis üçün KOB seqmentinə aid məhsulların anderraytinqi üzrə müvafiq təqdimat və rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;

·       Şöbənin fəaliyyətinə aid vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirmək.

Tələblər

·       Ali təhsil (Maliyyə, İqtisadiyyat və əlaqəli istiqamətlər üzrə);

·       Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi arzuolunandır);

·       KOB seqmenti üzrə kredit və qarantiya sifarişlərinin təhlili və ya anderraytinq istiqamətində minimum 3 il iş təcrübəsi {(baş mütəxəssis vəzifəsinə iddia edən namizəd üçün minimum 5 il) Korporativ kredit sifarişlərinin təhlili və anderraytinqi üzrə təcrübə üstünlükdür};

·       Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;

·       Maliyyə hesabatlarının hazırlanması və anderraytinq edilməsi bacarığı;

·       Müxtəlif növ maliyyə hesabatlarının qurulması və onların avtomatlaşdırılması istiqamətində təkliflər vermək bacarığı (baş mütəxəssis vəzifəsinə iddia edən namizədlər);

·       Maliyyə sahəsində sertifikatların (ACCA F3/FFA, ACCA F7/FR) olması arzuolunandır;

·       Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi, yüksək ünsiyyət və operativ qərarvermə bacarıqları;

·       MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı.

Vakansiya haqqında

Son tarix

October 4, 2026

Paylaşılıb

sentyabr 4, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə