ATB Bank
Ana səhifə
/
/
/
Biznes analitik - Biznes Proseslərin İdarə Edilməsi Departamentinin Rəqəmsal Məhsulların İdarə Edilməsi şöbəsi

Biznes analitik - Biznes Proseslərin İdarə Edilməsi Departamentinin Rəqəmsal Məhsulların İdarə Edilməsi şöbəsi

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

09-09-2024

1.6K

Təsvir

  • Biznes proseslərin təhlili;
  • Layihələr çərçivəsində maraqlı tərəflərdən tələblərin toplanması, ehtiyacların müəyyən edilməsi üçün görüşlərin və müsahibələrin həyata keçirilməsi;
  • Layihənin icrası üzrə əlaqəli işlərin siyahısının (Backlog) hazırlanması və prioritetləşdirilməsi;
  • Layihələr üzrə nəzərdə tutulmuş işlərin və dəyişikliklərin tətbiqi məqsədilə tapşırıqların formalaşdırılması və bu prosesdə iştirak edən strukturlar ilə razılaşdırılması;
  • Tələblərin komanda üzvlərinə aydın şəkildə çatdırılması və icrası üçün işin təşkili;
  • Layihənin icrası mərhələsində tələblərin proqramçılara düzgün çatdırılması üçün lazımi informasiya dəstəyinin göstərilməsi;
  • Testləşmə işlərinin həyata keçirilməsi və çatışmazlıqlar aşkar olunduğu təqdirdə, onların aradan qaldırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;
  • Görülmüş işlər üzrə nəticələrinin sifarişçisi və təşkilatın digər aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasının və istismara buraxılmasının təşkili;
  • Görülmüş işlərin istifadəyə verilməsi mərhələsində müştəriyə/sifarişçiyə təqdimatın həyata keçirilməsi və lazımi təlimlərin verilməsi (İstifadəçi təlimatları, təqdimatlar və s.);
  • Layihə üzrə qoyulmuş hədəflərin yerinə yetirilməsini izləmək;
  • Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;
  • Dövri hesabatların hazırlanması;

Tələblər

  • Ali təhsil;
  • Bank işi və sahə üzrə iş təcrübəsi;
  • Azərbaycan və rus dili biliyi mütləqdir, ingilis dili yaxşı səviyyədə;
  • “MS Office” proqramları üzrə biliklər (“MS Excel”, “MS Visio”, “MS PowerPoint” bacarıqlarının yüksək səviyyədə olması);
  • “Jira”, “Google Sheets/Docs/Forms”, “Miro”, “Figma” kimi alətlərlə tanışlıq və istifadə edə bilmə bacarıqları;
  • “SQL” üzrə biliklərin olması arzuolunandır;
  • “Agile” yanaşması üzrə biliklərin olması arzuolunandır;
  • Analitik düşünmə və problemin həlli istiqamətində düşünmə qabiliyyəti;
  • Komanda tərkibində və fərdi şəkildə işləmək və yüksək ünsiyyət bacarıqları;
  • Məsuliyyətlilik və operativlik;
  • Kreativlik və təşəbbüskarlıq;
  • Sərbəst araşdırma qabiliyyəti.

Vakansiya haqqında

Son tarix

oktyabr 19, 2024

Paylaşılıb

sentyabr 9, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə