Layihələr çərçivəsində maraqlı tərəflərdən tələblərin toplanması, ehtiyacların müəyyən edilməsi üçün görüşlərin və müsahibələrin həyata keçirilməsi;
Layihənin icrası üzrə əlaqəli işlərin siyahısının (Backlog) hazırlanması və prioritetləşdirilməsi;
Layihələr üzrə nəzərdə tutulmuş işlərin və dəyişikliklərin tətbiqi məqsədilə tapşırıqların formalaşdırılması və bu prosesdə iştirak edən strukturlar ilə razılaşdırılması;
Tələblərin komanda üzvlərinə aydın şəkildə çatdırılması və icrası üçün işin təşkili;
Layihənin icrası mərhələsində tələblərin proqramçılara düzgün çatdırılması üçün lazımi informasiya dəstəyinin göstərilməsi;
Testləşmə işlərinin həyata keçirilməsi və çatışmazlıqlar aşkar olunduğu təqdirdə, onların aradan qaldırılması məqsədi ilə tədbirlərin həyata keçirilməsi;
Görülmüş işlər üzrə nəticələrinin sifarişçisi və təşkilatın digər aidiyyatı struktur bölmələri ilə razılaşdırılmasının və istismara buraxılmasının təşkili;
Görülmüş işlərin istifadəyə verilməsi mərhələsində müştəriyə/sifarişçiyə təqdimatın həyata keçirilməsi və lazımi təlimlərin verilməsi (İstifadəçi təlimatları, təqdimatlar və s.);
Layihə üzrə qoyulmuş hədəflərin yerinə yetirilməsini izləmək;
Fəaliyyət göstərdiyi dövrdə qarşıya çıxan digər cari vəzifələri yеrinə yеtirmək;
Dövri hesabatların hazırlanması;
Tələblər
Ali təhsil;
Bank işi və sahə üzrə iş təcrübəsi;
Azərbaycan və rus dili biliyi mütləqdir, ingilis dili yaxşı səviyyədə;
“MS Office” proqramları üzrə biliklər (“MS Excel”, “MS Visio”, “MS PowerPoint” bacarıqlarının yüksək səviyyədə olması);
“Jira”, “Google Sheets/Docs/Forms”, “Miro”, “Figma” kimi alətlərlə tanışlıq və istifadə edə bilmə bacarıqları;
“SQL” üzrə biliklərin olması arzuolunandır;
“Agile” yanaşması üzrə biliklərin olması arzuolunandır;
Analitik düşünmə və problemin həlli istiqamətində düşünmə qabiliyyəti;
Komanda tərkibində və fərdi şəkildə işləmək və yüksək ünsiyyət bacarıqları;