ATB Bank
Ana səhifə
/
/
/
Korporativ strategiya və planlaşdırma şöbəsinin rəisi

Korporativ strategiya və planlaşdırma şöbəsinin rəisi

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı 192/193, Azərbaycan
  • Tam ştat

Bu gün

19

Bağlanılıb

Təsvir

  • Bankın 3 illik Strateji Planının hazırlanmasına rəhbərlik edir, strateji prioritetləri və əsas təşəbbüsləri müəyyən edir;
  • İllik biznes planın hazırlanması cədvəlinin, metodologiyasının və bloklararası koordinasiyasının təşkilini təmin edir, yekun sənədi Rəhbərliyə təqdim edir;
  • Funksional KPI çərçivələrinin (Korporativ, Blok, Departament səviyyələrində) hazırlanmasına və illik yenilənməsinə rəhbərlik edir, KPI-ların strateji hədəflərlə uyğunluğunu təsdiqləyir;
  • Strateji təşəbbüslər üzrə biznes case, iqtisadi əsaslandırma və maliyyə modelləşdirməsinin keyfiyyətinə nəzarət edir, yekun qərar üçün Rəhbərliyə təqdim edir;
  • Strategiyanın icrası üzrə rüblük monitorinq hesabatlarının (KPI icra faizi, kənarlaşmalar, risk amilləri) hazırlanmasını təmin edir və təqdim edir;
  • İdarə Heyəti və Müşahidə Şurası üçün strateji materialların (illik strategiya icmalı, rüblük performans hesabatları, xüsusi mövzular üzrə memo və prezentasiyalar) hazırlanmasını təmin edir və şəxsən təqdim edir;
  • Şöbə əməkdaşları arasında iş bölgüsünü aparır, hər əməkdaşın illik hədəflərini (fərdi KPI) müəyyən edir və performansını rəsmi qiymətləndirmə dövrləri üzrə qiymətləndirir;
  • Strateji idarəetmə metodologiyalarının (Balanced Scorecard, OKR və s.) bank daxilində tətbiqi üçün daxili prosedur və normativ sənədlərin hazırlanmasına və yenilənməsinə rəhbərlik edir.

Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya biznes üzrə ali təhsil; magistr dərəcəsi və xaricdə təhsil üstünlükdür;
  • Bank və ya maliyyə sektorunda minimum 5–7 il müvafiq iş təcrübəsi, o cümlədən minimum 2 il komanda idarəetməsi/rəhbərlik təcrübəsi;
  • Korporativ strategiya, strateji planlaşdırma və dəyər yaradılması modelləri üzrə dərin biliklər;
  • İllik biznes planlaşdırma prosesinin idarə edilməsi üzrə təcrübə;
  • Strateji təşəbbüslərin iqtisadi əsaslandırılması və qiymətləndirilməsi bacarığı;
  • KPI çərçivələrinin qurulması və strategiyanın icrasının monitorinqi üzrə təcrübə;
  • İdarə Heyəti və Müşahidə Şurası səviyyəsində hesabatların və təqdimatların hazırlanması bacarığı;
  • Komandanın formalaşdırılması, iş bölgüsünün təşkili və əməkdaşların performansının idarə edilməsi bacarığı;
  • Güclü liderlik, strateji düşüncə və qərarvermə qabiliyyəti;
  • Microsoft Excel və Microsoft PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Yüksək səviyyəli ünsiyyət, danışıqlar aparmaq və komandalararası koordinasiya bacarığı;
  • İngilis dili biliyi mütləqdir;
  • CFA Level I/II, FMVA və ya PMP sertifikatlarının olması üstünlükdür.

Vakansiya haqqında

Paylaşılıb

avqust 17, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə