ATB Bank
Ana səhifə
/
/
/
Kreditlərin monitorinqi şöbəsində mütəxəssis (aparıcı / baş mütəxəssis) - Risk Menecmenti Departamenti

Kreditlərin monitorinqi şöbəsində mütəxəssis (aparıcı / baş mütəxəssis) - Risk Menecmenti Departamenti

  • ATB Bank
  • 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azerbaijan
  • Tam ştat

Bu gün

24

Təsvir

  • Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar monitorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;
  • Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
  • Səyyar monitorinqin nəticəsinə uyğun olaraq müvafiq aktları tərtib etmək;
  • Müştərilərin kredit ödənişlərinə və gecikmələrinə nəzarəti həyata keçirmək;
  • Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
  • Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək.

Tələblər

  • Azərbaycan dilini mükəmməl bilmək (yazılı və şifahi);
  • Ali təhsil (iqtisadiyyat, maliyyə və ya digər əlaqəli sahə üzrə);
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Xarici dil biliyinin olması arzu olunandır;
  • ACCA sertifikatlarından Maliyyə mühasibatlığı (F3) və Maliyyə hesabatlılığı (F7) olması arzuolunandır;
  • Bank sahəsində biznes kreditlərinin monitorinqi üzrə minimum 2 (iki) il iş təcrübəsi;
  • Korporativ, iri biznes krediti müştərilərinin maliyyə hesabatlarının təhlili üzrə təcrübə;
  • Biznes müştərilərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirə bilmək;
  • Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinə təşəbbüskar yanaşma.

Vakansiya haqqında

Son tarix

May 23, 2026

Paylaşılıb

aprel 23, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə