ATB Bank
Ana səhifə
/
/
/
Məhsul İdarəetməsi Departamentinin Mikro və KOB məhsular üzrə mütəxəssisi

Məhsul İdarəetməsi Departamentinin Mikro və KOB məhsular üzrə mütəxəssisi

  • ATB Bank
  • 192, küç. 85 Cəlil Məmmədquluzadə küçəsi, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

18

Təsvir

  • Mövcud kredit məhsulları və proseslərinin təhlili, təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təşəbbüslərin hazırlanması və icrasında iştirak;
  • Kredit müraciətlərinin emalı və qərarvermə proseslərinin sadələşdirilməsi, sürətləndirilməsi və effektivliyinin artırılmasına dəstək;
  • Yeni məhsul və həllərin hazırlanması zamanı məhsul şərtlərinin, qərarvermə məntiqinin və proses axınlarının (flow) formalaşdırılmasında iştirak;
  • Data əsaslı qərarvermə yanaşmalarının tətbiqinə və inkişafına töhfə vermək;
  • Məhsul və proses tələblərinin strukturlaşdırılması, biznes tələblərinin (business requirements) hazırlanması və sənədləşdirilməsi;
  • IT Business Analitiklər və development komandaları ilə sıx əməkdaşlıq edərək texniki tələblərin formalaşdırılması və implementasiya prosesinin izlənilməsi;
  • Kredit proseslərinin rəqəmsallaşdırılması və avtomatlaşdırılması istiqamətində təşəbbüslərdə iştirak;
  • Mövcud proseslərdə boşluqların və bottleneck-lərin müəyyən edilməsi və onların aradan qaldırılması üzrə təkliflərin verilməsi;
  • Müxtəlif biznes və dəstək funksiyaları arasında koordinasiyanın təmin olunmasına dəstək.


Tələblər

  • Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil
  • SME kreditləri və ya korporativ kredit təhlili üzrə minimum 3 il iş təcrübəsi
  • Səlis Azərbaycan dili, İngilis dili biliyi (üstünlükdür)
  • Excel yüksək səviyyədə, SQL (üstünlükdür)
  • API, sistem inteqrasiyası və əsas IT anlayışları barədə baza bilikləri (üstünlükdür)
  • Biznes proseslərin modelləşdirilməsi üzrə anlayış
  • Maliyyə hesabatlarının təhlili və kredit riskinin qiymətləndirilməsi üzrə dərin biliklər
  • Underwriting və kredit qərarvermə prosesləri üzrə praktiki təcrübə
  • Proseslərin optimallaşdırılması və strukturlaşdırılması bacarığı
  • Analitik və data əsaslı düşünmə qabiliyyəti
  • Güclü ünsiyyət və stakeholder idarəetmə bacarıqları
  • Biznes və risk balansını düzgün qiymətləndirmə bacarığı


Vakansiya haqqında

Son tarix

May 15, 2026

Paylaşılıb

aprel 15, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə