Bankın ödəniş terminallarının fasiləsiz, təhlükəsiz fəaliyyətini və səmərəli istifadəsini təmin etmək;
Nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması məqsədilə terminalları test rejimində yoxlamaq;
Terminalların istifadəsinə dair təlimatları hazırlamaq, müvafiq sənədləşməni aparmaq və təlimatlara lazımi dəyişiklikləri vaxtında etmək;
Real iş rejimində olan terminalların istismar nəticələrini, proqram təminatındakı dayanmaları, eləcə də məlumat emalında keyfiyyət və sürətin aşağı düşməsi səbəblərini araşdırmaq, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
Filialların və xidmət mərkəzlərinin texniki sorğularına cavab vermək;
ADM və Ödəniş Terminallarına texniki dəstək göstərmək (təmir, profilaktika, ümumi təmizlik).
Tələblər
Ali təhsil (texniki);
İnformasiya texnologiyaları sahəsində 3 illik iş stajı;
Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilmək;
SQL bilikləri və sorğu yazmaq bacarığı;
Hardware (texniki avadanlıq) və software (proqram təminatı) üzrə ümumi biliklər
Kompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office, FlexCube, CASPEL və sair);
Yeni informasiya texnologiyaları və ofis avadanlığından səmərəli istifadə bacarığına malik olmaq.