Daxili audit planına uyğun olaraq daxili auditin həyata keçirilməsində iştirak etmək;
Onun iştirakı ilə həyata keçirilmiş daxili auditin nəticələrinə dair hesabatın və rəyin hazırlanmasında iştirak etmək;
Daxili audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanmasında iştirak etmək;
Zərurət yarandıqda, daxili auditora bu vəzifə təlimatında nəzərdə tutulmayan, lakin daxili audit haqqında qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr həvalə oluna bilər.
Tələblər
Namizədə tələblər:
Təhsil: İqtisadi və ya hüquqi Ali təhsil. Magistr və Daxili audit üzrə sertifkata malik olunması arzuolunandır.
Sığorta əməliyyatlarına və audit keçirilməsinin qaydaları ilə bağlı beynəlxalq təcrübəyə bələd olmalıdır.
İş təcrübəsi: sığorta şirkətlərində daxili audit sahəsi üzrə minimum 2 il(aparıcı auditor),4 il (baş auditor).
Dil bilikləri: Rus və ya İngilis dili
Kompüter bilikləri: informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində bilik və vərdişlərə malik olmalı, uyğun proqramlarda (1C, Ms Excel, Ms Word və s.) sərbəst işləyə bilməlidir.
Namizəd bilməlidir:
Azərbaycan Respublikasının sığorta haqqında qanunvericiliyini,vergi qanunvericiliyini, mülki qanunvericiliyi və əmək qanunvericiliyini;
Daxili auditin aparılmasının prinsip və metodlarını;
Yoxlama, sənədli audit və təhlil aparılmasının üsullarını;
Mühasibat uçotu və hesabatının təşkilini və aparılması qaydalarını;
Maliyyə hesabatlarının formalarını və tərtibi qaydalarını;
İşcilərin əməyinin ödənilməsi normalarını və qaydalarını;
İşgüzar münasibətlərin qurulması etikasını;
Kargüzarlığın təşkilini;
İş şərtləri:
İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
İş vaxtı: I-IV günlər09:00 - 18:00, V gün 09:00 - 17:00