Atəşgah Sığorta Şirkəti

Aparıcı Auditor/Baş Auditor

Bu gün

166

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Daxili audit planına uyğun olaraq daxili auditin həyata keçirilməsində iştirak etmək;
  • Onun iştirakı ilə həyata keçirilmiş daxili auditin nəticələrinə dair hesabatın və rəyin hazırlanmasında iştirak etmək;
  • Daxili audit nəticəsində aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün təkliflərin hazırlanmasında iştirak etmək;
  • Zərurət yarandıqda, daxili auditora bu vəzifə təlimatında nəzərdə tutulmayan, lakin daxili audit haqqında qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələr həvalə oluna bilər.


Tələblər

Namizədə tələblər:

  • Təhsil: İqtisadi və ya hüquqi Ali təhsil. Magistr və Daxili audit üzrə sertifkata malik olunması arzuolunandır.
  • Sığorta əməliyyatlarına və audit keçirilməsinin qaydaları ilə bağlı beynəlxalq təcrübəyə bələd olmalıdır.
  • İş təcrübəsi: sığorta şirkətlərində daxili audit sahəsi üzrə minimum 2 il(aparıcı auditor),4 il (baş auditor).
  • Dil bilikləri: Rus və ya İngilis dili
  • Kompüter bilikləri: informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində bilik və vərdişlərə malik olmalı, uyğun proqramlarda (1C, Ms Excel, Ms Word və s.) sərbəst işləyə bilməlidir.

Namizəd bilməlidir:

  • Azərbaycan Respublikasının sığorta haqqında qanunvericiliyini,vergi qanunvericiliyini, mülki qanunvericiliyi və əmək qanunvericiliyini;
  • Daxili auditin aparılmasının prinsip və metodlarını;
  • Yoxlama, sənədli audit və təhlil aparılmasının üsullarını;
  • Mühasibat uçotu və hesabatının təşkilini və aparılması qaydalarını;
  • Maliyyə hesabatlarının formalarını və tərtibi qaydalarını;
  • İşcilərin əməyinin ödənilməsi normalarını və qaydalarını;
  • İşgüzar münasibətlərin qurulması etikasını;
  • Kargüzarlığın təşkilini;

İş şərtləri:

  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00


Vakansiya haqqında

Son tarix

January 30, 2026

Paylaşılıb

yanvar 14, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

Oxşar vakansiyalar