Atəşgah Sığorta Şirkəti
Ana səhifə
/
/
/
Maliyyə üzrə baş mütəxəssis

Maliyyə üzrə baş mütəxəssis

03-10-2024

817

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Aylıq maliyyə hesabatlarını rəhbərliyə təqdim edilməsi;
  • Maliyyə göstəricilərindəki tendensiyaların müəyyən edilməsi və təkmilləşdirilməsi üçün tövsiyələr ilə aylıq idarəetmə hesabatı daxil olmaqla maliyyə təhlili və nəticələrin izahı;
  • İFRS üzrə illik hesabat paketinin hazırlanması;
  • Maliyyə əməliyyatları və maliyyə hesabatlarının keyfiyyətinə nəzarəti təmin etmək;
  • Ay sonu və ilin sonuna uçotun bağlanma prosesinə dəstək;
  • Daxili nəzarəti gücləndirmək üçün biznes prosesləri və uçot siyasətini təkminləşdirmək və sənədləşdirmək;
  • Şirkətin illik büdcəsini hazırlamaq və ona nəzarət etmək;
  • Büdcələrin uyğunluğunu və aylıq kənarlaşma təhlilini yoxlamaq;
  • Pul vəsaitlərinin hərəkəti proqnozunu hazırlamaq və aylıq pul vəsaitlərinin hərəkəti balansına nəzarət etmək;
  • Maliyyə hesabatları və menecment hesabatlarının nəzərdən keçirilməsi və auditi zamanı kənar audit əməliyyatlarını əlaqələndirmək;
  • Xərclərin və büdcə ilə müqayisəli təhlillərin aparılması;
  • Şirkətin əməliyyatlarının bütövlükdə və ayrı-ayrı struktur bölmələri üzrə gəlirliliyin/səmərəliliyin strateji və cari təhlilini təmin etmək;
  • Şirkətin ERP-sinin məqsədyönlü səviyyəyə yüksəldilməsində iştirak etmək;


İş şərtləri

  • İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
  • İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

Tələblər

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və audit sahəsindən məzun olmalıdır)
  • İş təcrübəsi:  Maliyyə sahəsi üzrə ən azı 3 il təcrübə
  • Seritikat: ACCA (F7) mütləqdir
  • Dil bilikləri: Azərbaycan dili (əla) və İngilis dili (yaxşı), 
  • Digər səriştələr: Mühasibat və ERP proqramları üzrə təcrübəyə malik olmalı. Excel, Word, Outlook (çox yaxşı) və MS Power BI bilməsi arzuolunandır.

Vakansiya haqqında

Son tarix

noyabr 12, 2024

Paylaşılıb

oktyabr 3, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə