Atəşgah Sığorta Şirkəti
Ana səhifə
/
/
/
Partnyorlarla iş üzrə mütəxəssis (Avtosalonlar üzrə)

Partnyorlarla iş üzrə mütəxəssis (Avtosalonlar üzrə)

26-08-2024

1.5K

Təsvir

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  • Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
  • Müştərinin ilk müraciət anından onunla işləmək: təqdimat materialları, müşayiət məktubları və izahedici qeydləri işləyib hazırlamaq və göndərmək, ərizə formasında təqdim olunan məlumatı təhlil etmək,qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
  • Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri şirkətlə əməkdaşlıq etməyə dəvət etmək


İş şərtləri

  • İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və telefon ilə təmin olunur
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq (+aylıq bonus)

 

Biz sizə nə təklif edirik?

  • Karyera və inkişaf üçün əla fürsətlər
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
  • Əmək qanunvericiliyinə uyğun iş şəraiti
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv
  • Fəaliyyətə əsasən artan əmək haqqı


Tələblər

Namizədə tələblər

  • Təhsil: Natamam Ali və Ali
  • İş təcrübəsi: Satış sahəsi üzrə təcrübə arzuolunandır
  • Dil bilikləri: Azərbaycan dili sərbəst,Rus və ya İngilis dili - sərbəst
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
  • Yenilikləri tətbiq etmək bacarığı


Vakansiya haqqında

Son tarix

sentyabr 14, 2024

Paylaşılıb

avqust 26, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri