Atəşgah Sığorta Şirkəti

Product Marketinq Menecer

07-05-2025

230

Təsvir


 

·        Rəqiblərin məhsullarını, qiymət siyasətini və marketinq strategiyalarını təhlil etmək.

·       Bazar təhlili/Müştəri ehtiyaclarını və bazar tendensiyalarını izləyərək yeni sığorta məhsullarının yaradılması və ya mövcudların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq.

·         Bazarda boşluqları və yeni imkanları müəyyənləşdirmək.

·        Məhsulun hədəf auditoriyasını müəyyənləşdirmək və seqmentasiya aparmaq.

·    Məhsul mövqeləndirilməsi: Bazardakı rəqiblərlə müqayisədə sığorta məhsullarının üstünlüklərini önə çıxarmaq və düzgün mövqeləndirməni təmin etmək.

·        Məhsulun bazarda hansı üstünlüklərlə təqdim olunacağını müəyyənləşdirmək

·        Məhsulun tanıdılması üçün marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək.

·        Yeni məhsulun bazara çıxarılması üçün (product launch) strategiyalar qurmaq.

·        Satış nəticələrini təhlil etmək və məhsulun bazardakı performansını qiymətləndirmək.

·        KPI-lərə əsasən məhsul marketinq kampaniyalarının uğurunu ölçmək (ROI, dönüşüm nisbətləri, bazar payı və s.).

·        Məhsulun bazara çıxarılması, inkişaf mərhələsi, böyümə və olgunluq dövrləri üçün fərqli marketinq planları hazırlamaq.

·        Məhsulun həyat dövrünə uyğun təkrar yerləşdirmə (repositioning) və ya yenidən markalaşma (rebranding) strategiyalarını hazırlamaq.

·        Yeni sığorta məhsulları və sığorta proqramları işləyib hazırlamaq və tətbiq etmək.

·     Satış dəstəyi: Satış komandası ilə koordinasiyalı işləyərək onların marketinq ehtiyaclarını vaxtında və keyfiyyətli təmin etmək.

 

Tələblər

·        Marketinq sahəsində ən azı 4-5 il iş təcrübəsi (sığorta üzrə iş təcrübəsi olanlara üstünlük verilir)

·        Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə)

·        Marketinqin əsas prinsiplərini yaxşı bilmək

·        Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı olmalı

·        İnkişafa meyilli, məsuliyyətli və yaradıcı olmalı

·        Microsoft Office proqramlarını istifadə qaydalarını bilməli  və təqdimat bacarıqları, layihələrin idarə edilməsi bacarığı olmalıdır.

·        Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı

·        Dil bilikləri: Azərbaycan (əla), Rus(əla) və İngilis dilləri

·        Lisenziya/Sertifikat: marketinq, satış üzrə sertifikatı olan namizədlərə üstünlük verilir.


Vakansiya haqqında

Son tarix

May 30, 2025

Paylaşılıb

may 7, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Rəhbər

Kateqoriya

Siğorta və Lizinq xidmətləri