Yeni müştərilərin axtarışı, cəlb edilməsi və müqavilələrin imzalanma prosesinə rəhbərlik etmək;
Mövcud müştəri bazasını idarə etmək, sənədləşmə, hesabların yazılması, borcların gecikmədən ödənilməsinə nəzarət etmək, müvafiq dəstək göstərmək;
Müştəri ehtiyaclarını qarşılamaq üçün texniki heyət və digər daxili işçilərlə aparılan işlərdən məlumatlı olmaq və dəstək olmaq;
Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi;
Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək;
Satışın inkişaf etdirilməsi və optimallaşdırılması üçün təkliflər hazırlayıb təqdim etmək;
Ünsiyyət prosedurlarına, qaydalarına və siyasətinə riayət etmək;
Şirkətə aid məlumatın məxfiliyinin qorunması;
Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası.
Tələblər
Yaş həddi: 20-40 yaş
Təcrübə: Korporativ satış və müştəri xidməti sahəsində ən azı 1 il iş təcrübəsi;
Dil bilikləri: Azərbaycan, (Rus və İngilis dilləri arzuolunandır)
Kompüter bacarıqları: Outlook, Excel, Word, Power Point tətbiqi proqramlarında işləmə bacarığı;
Təşəbbüskarlıq, operativlik, punktuallıq və kreativlik;
Gündəmi izləmək, analiz etmək və yüksək qiymət araşdırması aparmaq qabiliyyəti;
Şifahi və yazılı ünsiyyət qurmaq, işgüzar danışıqların aparılması və təqdimat etmək bacarıqları;
Komanda isə işləmək bacarığına sahib olmaq
Ali təhsil mütləqdir (İqtisadiyyat, Biznesin təşkili, Marketinq və s. sahələr üzrə)
Satış taktikaları üzrə əlavə sertifikatlar arzuolunandır